Icma.az
close
up
RU
Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 21-də davam etdirilib.

Bakupost.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasa təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar qatılıblar.

Məhkəmə iclasında 2007-2020-ci illərdə Azərbaycanın vaxtilə Ermənistan işğalı altında olan ərazilərində yaradılmış qondarma qurumun "rəhbəri" olmuş Bako Saakyana növbəti suallar ünvanlanıb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran B.Saakyan vaxtilə "Hayastan" ümumerməni fondunun (həmin fond 1992-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın fərmanı ilə yaradılıb - red.) üzvlərindən biri olduğunu təsdiqləyib.

O, Ermənistan hakimiyyətinin nümayəndələrinin, qondarma qurumun "rəhbərləri"nin fondun üzvü olduqlarını söyləyib.

Təqsirləndirilən şəxs fonda dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin, habelə Ermənistan vətəndaşı olan biznesmenlərin ianələr etdiklərini diqqətə çatdırıb. "Avropa ərazisində radio, Amerikada isə hər il televiziya vasitəsilə tədbirlər keçirilirdi. Bu tədbirlər zamanı vəsaitlər toplanırdı", - deyə o əlavə edib.

B.Saakyan bildirib ki, fonda yığılan vəsaitlərin bir hissəsi Ermənistanda, bir hissəsi isə qondarma rejimdə müxtəlif işlərin görülməsinə (infrastruktur, səhiyyə, təhsil) sərf olunub. O, fondun gördüyü işlərdən birini də açıqlayıb. Bildirib ki, fondun vəsaiti hesabına Ermənistandan Xankəndiyə iki yol çəkilib. Bunlar İrəvan-Gorus-Xankəndi və İrəvan-Basarkeçər-Xankəndi magistral yollarıdır.

Prokurorun sualını cavablandıran B.Saakyan Ermənistandan verilən hərbi texnikaların həmin magistral yollarla Azərbaycanın vaxtilə işğal altında olan ərazilərinə gətirildiyini də təsdiqləyib. Bildirilib ki, fondun vəsaitlərinin bir hissəsi isə Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz məskunlaşmaya sərf edilib.

Məhkəmə prosesinin davamında Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma aparılması sübuta yetirilib.

Eyni zamanda, vaxtilə işğal altında olmuş ərazilərdə qanunsuz məskunlaşma aparılmasına dair bir sıra sənədlər, o cümlədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən, Xarici Kəşfiyyat Xidmətindən və Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olan və istintaq materiallarına əlavə edilmiş sənədlər tədqiq edilib.

Sənədlərlə əksəriyyəti Suriya və Livan, habelə bəzi digər ölkələrin vətəndaşlarının Azərbaycanın vaxtilə işğalda olan ərazilərində qanunsuz şəkildə məskunlaşdırıldığı təsdiqlənib. Bu ərazilərə Azərbaycanın Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı rayonları və digər yerlər daxildir. Məhkəmədə qanunsuz məkunlaşmış şəxslərin Suriya, Liviya və digər ölkələrdə anadan olmalarını sübuta yetirən pasportların surətləri də nümayiş etdirilib.

Ermənilər tərəfindən hazırlanmış və məhkəmədə tədqiq edilən videomaterialda danışan şəxs aşpaz olduğunu, Beyrutdan gəldiyini bildirərək deyib: "Mən Beyrutdan gəlmişəm. Ermənistan vasitəsilə Qarabağa gəldim. Adım Toni Hacardır. Gəldim və gördüm ki, bura çox yaxşıdır. Bizə ev verdilər. Burada işləmək üçün kifayət qədər imkan var".

Digər videomaterialda Şuşa "icra hakimiyyətinin nümayəndəsi" Elik Arutunyan bildirir ki, yerli "hökumət" (qondarma rejimi nəzərdə tutur - red.) Toni Hacari ailəsinə müvəqqəti mənzil verib, onların kommunal xərclərini ödəyir. Növbəti günlərdə isə "hökumət" Hacari ailəsinə ev verəcək.

"Nümayəndə" qeyd edir ki, 10 il həmin orada yaşadıqdan sonra həmin ev onların özəl mülkiyyətinə çevriləcək.

Tədqiq edilən növbəti sənədə əsasən, qondarma rejim 2001-ci ildə qanunsuz məskunlaşdırma planı ilə bağlı 10 illik proqramı təsdiqləyib. Orada qanunsuz məskunlaşdırmanın məqsədləri və coğrafi əraziləri göstərilib. Həmin layihəyə əsasən, 10 min mənzil, 200 məktəb və digər ictimai müəssisələr tikilməli, su xətləri, yollar və digər infrastruktur qurulmalı idi. Qeyd edilib ki, "Tüfəngiyan" fondu Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində 2003-cü ildə fəaliyyətə başlayıb. Layihənin əsas məqsədləri "məskunlaşma və iqtisadi inkişaf" olub. Bu məqsədlə təxminən 4 milyon ABŞ dolları məbləğində sərmayə qoyulub.

B.Saakyan prokurorun suallarına cavabında Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərinə əsasən Suriya və Livan vətəndaşlarının, habelə digər ölkələrdən bəzi vətəndaşların gətirilərək məskunlaşdırıldığını deyib.

B.Saakyan söyləyib ki, bu işlərlə qondarma qurumun "sosial müdafiə nazirliyi" məşğul olub.

"Əvvəllər "dövlət miqrasiya xidməti" "sosial müdafiə nazirliyi"nin tabeliyində idi. Amma sonradan bu struktur ayrıldı. Bu layihə bizim üçün strateji əhəmiyyətli idi. Çünki Birinci Qarabağ müharibəsindən sonra əhalinin sayı kəskin şəkildə azalmışdı", - deyə o əlavə edib.

B.Saakyan daha sonra qeyd edib: "Bu layihələr o qədər də cəlbedici deyildi ki, adamlar canfəşanlıqla gəlsinlər, qəbul etsinlər, bu layihələrə cəlb olsunlar. Adamlar olurdu ki, gəlirdilər, ərazi ilə tanış olurdular və sonra burada qalmamaq (məskunlaşmamaq - red.) barədə qərar verirdilər. Çünki istənilən ailə üçün bu cür qərar verməklə bağlı da müəyyən səbəblər var. İnfrastruktur, səhiyyə təminatı, məktəblər olmalıdır".

O, qanunsuz məskunlaşdırma üçün gətirilən şəxslərə imtiyazların verildiyini, onlarla bağlı bir sıra təşviqedici hərəkətlər icra olunduğunu da etiraf edib. Bu sıraya müxtəlif kompensasiyalar, vergi güzəştləri və s. daxil idi.

Təqsirləndirilən şəxsin sözlərinə görə, qondarma rejimin ərazisində elə yerlər olub ki, bir kvadratkilometrdə bir nəfər yaşayıb. O, layihənin uğurla başa çatmadığını da bildirib. Əlavə edib ki, əhalinin sayını 200 minə çatdırmaq istəsələr də, bu mümkün olmayıb.

B.Saakyan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində ağacların kəsildiyini də təsdiqləyib və deyib: "Meşələrin kəsilməsinin harada aparılmasına ehtiyac yaranırdısa, bu, yalnız aidiyyəti "nazirliyin məsul şəxslərinin icazəsi" ilə həyata keçirilə bilərdi. Amma konkret ağac növü də deyə bilmərəm".

O, ağacların ixtisaslaşmış şirkətlər tərəfindən şərabçılıq şirkətlərinə satılmaq üçün kəsildiyini də etiraf edib: "Müxtəlif ölçüdə çəlləklər hazırlayırdılar".

B.Saakyanın sözlərinə görə, kəsilmiş ağacların bir hissəsi qondarma rejimdə istifadə edilib, bir hissəsi isə istifadə üçün Ermənistana göndərilib.

Məhkəmə prosesi iyunun 23-də davam etdiriləcək.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 İyun 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri