Hərbi Tibb Fakültəsində NATO proqramı çərçivəsində kurs keçirilir
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində "Tibb sahəsində ingilis dili" mövzusunda kursun birinci modulu keçirilir.
Bu barədə AZXEBER.COM-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
DEEP-in Bolqarıstandan olan nümayəndə heyətinin iştirakı ilə keçirilən kursda dinləyicilərə mövzu ilə bağlı brifinqlər təqdim edilir.
Tədbirin əsas məqsədi beynəlxalq təcrübələrdən faydalanmaqla iştirakçıların ixtisas hazırlıqlarını yüksəltməkdir.
Qeyd edək ki, sözügedən kurs oktyabrın 18-dək davam edəcək.

Bakıda NATO proqramı çərçivəsində tədbirlər keçirilir
07 Aprel 2025 18:15
Heydər Əliyev adına Hərbi İnstitutda NATO proqramı çərçivəsində treninq keçirilib
02 Oktyabr 2025 15:11
Bakıda NATO proqramı çərçivəsində treninqlər keçirilib
03 İyul 2025 14:33
Qarabağ Universitetinin Tibb fakültəsində tədris bu formada TƏŞKİL OLUNACAQ FOTO
17 Sentyabr 2025 11:55
NATO rəsmisi Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycana gəlib
20 May 2025 20:53

