Icma.az
close
up
RU
Hərbi və siyasi güc parametrindən baxdıqda, Amerika Birləşmiş Ştatları və İsrail birlikdə güclü görünür

Hərbi və siyasi güc parametrindən baxdıqda, Amerika Birləşmiş Ştatları və İsrail birlikdə güclü görünür

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran ABŞ və ya İsrailin hücumu halında Amerika və İsrail bazalarına harada yerləşsələr də, onlara cavab zərbələri endirəcək. Bunu İslam Respublikasının Müdafiə naziri Əziz Nəsirzadə deyib. "İran heç bir müharibəyə başlamayacaq, lakin İslam Respublikasına hücum edilərsə və ya ona təcavüz edilərsə, biz güclə cavab verəcəyik", - deyə nazir vurğulayıb. Əziz Nəsirzadənin sözlərinə görə, əgər ABŞ və ya İsrail tərəfindən İrana qarşı müharibə başlayarsa, Tehran “harada olur-olsun, məqsədəuyğun hesab etdiyi istənilən vaxt opponentlərin maraqlarına, bazalarına və qüvvələrinə hücum etmək niyyətindədir”.

Aprelin 19-da Reuters xəbər verib ki, İsrail ABŞ-a İranın nüvə infrastruktur obyektlərinə zərbə endirmək üçün bir neçə variant təqdim edib. Aprelin 17-də “The New York Times” öz mənbələrinə istinadən yazıb ki, İsrail artıq may ayında İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır və əmindir ki, ABŞ bu hücumun hazırlanmasında fəal iştirak edəcək və yəhudi dövlətini Tehranın mümkün cavab zərbəsindən müdafiə ilə təmin edəcək. Nəşrin yazdığına görə, ABŞ prezidenti Donald Tramp İran tərəfi ilə fikir ayrılıqlarının diplomatik yolla həlli istiqamətində kurs tutub və aprelin əvvəlində İsrailə belə bir hərbi əməliyyatı dəstəkləməyəcəyi barədə məlumat verib.

Siyasi şərhçi Nazim Cəfərsoy Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində parametrlərə baxsaq, İranın hərbi gücü təkbaşına ABŞ-la müharibəyə yetərli deyil.

Nazim Cəfərsoy

“ABŞ dünyanın bir nömrəli gücüdür. Hərbi, siyasi, iqtisadi, əhali baxımından, eyni zamanda strateji ünsürlər baxımından İranla müqayisədə çox güclüdür. Təbii ki, bir konvensional müharibədə İrana qarşı daha güclü görünür. İsrailin parametrləri İranla müqayisədə daha zəif görünür. Yəni İsrail təkbaşına İranla mübarizədə ordusu güclü sayılsa da, strateji parametrlər baxımından o qədər asan bir müharibə olmaz. Amma İrana qarşı əməliyyat İran üçün çox ciddi problemlər yarada bilər. İranın mövcud gücü konvensional müharibə üçün çox da uyğun görünmür, amma bu cür müharibələr birmənalı müharibələrdən daha çox partizan müharibəsi tərzi müharibələri də bərabərində gətirir. Məsələn; Əfqanıstanda, İraqda bənzər hadisələr baş vermişdi. Düzdür, amerikalılar söyləmişdi ki, "İran nə İraq, nə də Əfqanıstandır". Hərbi və siyasi güc parametrindən baxdıqda ABŞ və İsrail birlikdə güclü görünür. ABŞ təkbaşına daha güclü görünür. Dediyim kimi, kağız üzərində məsələ belədir. Real həyatda mənzərə daha fərqli ola bilər”-deyə Nazim Cəfərsoy qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 May 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri