Icma.az
close
up
RU
Hərbi xidmət müddəti azaldılacaq? Deputatlardan AÇIQLAMA

Hərbi xidmət müddəti azaldılacaq? Deputatlardan AÇIQLAMA

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi yanvarın 1-dən Gürcüstanda məcburi hərbi xidmətə çağırışla bağlı yeni qaydalar qüvvəyə minib. Yeni qanunvericiliyə əsasən, çağırışçılar yalnız “Milli müddətli hərbi xidmət” adlandırılan hərbi xidmət çərçivəsində xidmətə göndəriləcəklər.  
Belə ki, çağırış hərbi qeydiyyatda olan 18-27 yaş arası şəxslərin siyahısından yanvarın 31-nə qədər təsadüfi seçim əsasında həyata keçiriləcək. Bununla yanaşı, çağırışçılar özləri üçün uyğun olan 3 xidmət növündən birini seçə bilərlər. Belə ki, döyüş bölməsində xidmət 6 ay, mühafizə və təminat bölmələrində xidmət 8 ay, kiçik komandir rütbəsi almaq və müəyyən ixtisas üzrə xidmət isə 11 aydan ibarət olacaq.
Çağırış il ərzində mərhələli qaydada baş tutacaq. Eyni zamanda, çağırışçılar məzuniyyət və istirahət günləri ilə də təmin ediləcəklər. 
Bəs oxşar qaydalar ölkəmizdə də tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkil Arzuxan Əlizadə deyib ki, hərbi çağırışla bağlı ötən ilin sonunda qanunvericiliyə müəyən dəyişikliklər edilib:
“Hərbi çağırışın son yaş həddi 35-dən 30-a endirildi. Digər məsələlərlə bağlı təkliflər də var idi. Və həmin təkliflər içərisində müddətli hərbi xidmət dövrünün ali təhsili olmayanlar üçün 1.6 ildən 1 ilə endirilməsi, ali təhsillilər üçünsə hərbi xidmət dövrünün 1 ildən aşağı salınması və eləcə də alternativ hərbi xidmətin təşkili ilə bağlı təkliflər oldu. Lakin müəyyən səbəblərə görə bu təkliflər qanunvericilikdə təsbit olunmadı. Yəqin ki, səsləndirilən təkliflər və digər məsələlər gələcəkdə qanunvericilikdə öz əksini tapacaq”.
Müsahibimiz Gürcüstan hökumətinin qərarına münasibət bildirib:
“Hərbi xidmətkeçmə ilə bağlı hər bir ölkənin öz yanaşması var. Hər kəs reallıqdan çıxış edərək müvafiq addımlar atır. Bu mənada Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsə də, regionda gərginlik qalmaqdadır. Bu və digər səbəblərə görə səsləndirilən müxtəlif fikirlər və xüsusən də, alternativ hərbi xidmətkeçmə ilə bağlı dəyişikliklər hələki nəzərdə tutulmayıb. Amma bu o demək deyil ki, yaxın gələcəkdə hərbi xidmətkeçmə ilə bağlı hər hansı bir dəyişiklik olmayacaq. Xeyr! Reallıqlar və müasir çağırışlar hər an bu və digər qərarların qəbulunu zərurətə çevirə bilər”.
“Gürcüstanın qəbul etdiyi qərarın bizdə də tətbiqi hazırda aktual deyil”
Mövzu ilə bağlı Millət vəkili Elşad Musayevsə qeyd edib ki, Azərbaycan ordusunun peşəkar orduya keçirilməsi üçün son zamanlar ciddi işlər görülür:

“Bunun təzahürüdür ki, bu yaxınlarda hərbi çağırışla bağlı vacib qərarlar verildi. Çağırış yaşı 35-dən 30-a endirildi. Hesab edirəm ki, yaxın gələcəkdə bu yaş həddi 27-ə endiriləcək. Nəzərə alaq ki, əvvəllər də belə idi. Ona görə də Gürcüstanın qəbul etdiyi müvafiq qərarın bizdə də tətbiqi bu günümüz üçün aktual deyil.
Doğrudur, gürcülərin verdikləri qərarda bəzi maraqlı məqamlar var. Məsələn, möhlət hüququnun rəsmi ödənişlə verilməsi və s. Nəzərə alaq ki, hərbi xidmətdən imtina əvəzində bir çox ölkələrdə ödənişlər nəzərdə tutulur. Türkiyədə də belə bir qərar qüvvədədir
Nəzərə alaq ki, Ermənistanla hələki sülh sazişi imzalanmayıb. Bu da o deməkdir ki, ölkəmizə qarşı müharibə təhdidi qalır. Hələ ki, 5 kəndimiz işğal altındadır. Bütün bunları nəzərə alaraq sonuncu dəfə parlamentdə belə qərar verildi ki, hərbi çağırışda bəzi islahatların aparılmasına getmək hələ tezdir”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Yanvar 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri