Icma.az
close
up
RU
Hərbi xidmətdən möhlət qanunu dəyişdi: Gənclər indi daha rahat təhsil ala biləcəklər

Hərbi xidmətdən möhlət qanunu dəyişdi: Gənclər indi daha rahat təhsil ala biləcəklər

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ali və peşə təhsili alan çağırışçılara hərbi xidmətdən möhlət hüququ genişləndi



Hərbi qulluqçular əyani təhsil almaqla əlaqədar,  vəzifədə saxlanılması mümkün olmadığı hallarda təhsil müddətində sərəncamda olacaqlar. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarına təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi ixtisaslaşmış hərbi qulluqçuların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha səmərəli və uzunmüddətli istifadəsinin təmin edilməsi məqsədilə hazırlanıb. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin qüvvədə olan 150-ci maddəsinə əsasən, hərbi qulluqçular rəsmiləşdirilmiş icazə əsasında ali mülki və orta ixtisas təhsili müəssisələrində hərbi ixtisasına yaxın olan və ya icra etdiyi işin xarakterinə uyğun olan xüsusi biliklərin artırılmasına imkan verən ixtisaslar üzrə, habelə mülki ali təhsil müəssisələrinin, nazirlik və komitələrin nəzdindəki kurslarda (xüsusi fakültələrdə) oxuya bilərlər. Təcrübədə bəzi hallarda hərbi qulluqçuların ali mülki və orta ixtisas təhsil müəssisələrində təhsil alması ilə yanaşı eyni vaxtda öz hərbi xidmət vəzifələrini yerinə yetirməsi mümkünsüz olur. Qeyd olunan halın qarşısını almaq məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.2-ci maddəsində nəzərdə tutulan hərbi qulluqçularının sərəncamda olma müddətlərinə yeni müddətin –“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 150-ci maddəsinə uyğun olaraq əyani təhsil almaqla əlaqədar (vəzifədə saxlanılması mümkün olmadığı hallarda) hərbi qulluqçunun təhsil müddətində sərəncamda olmasının əlavə edilməsi təklif edilir.


Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Sherg.az-a açıqlamasında qeyd etdi ki, hərbi qulluqçunun sərəncamda olması, onun iş yerini, vəzifəsini itirməyəcəyi deməkdir:


- Bu, əsasən zabit heyətinə, gizir rütbəsində olanlara aiddir. Əgər onlar ixtisasları ilə bağlı təhsil alırlarsa, hərbi məktəbdə, yaxud  C.Naxçıvanski adına hərbi lisey və ya xarici ölkədə ali təhsil almaq, ixtisas artırmaq üçün hərbi xidmətdən ayrılırlarsa, onların vəzifəsi başqasına təyin edilir və bu şəxs müvəqqəti həmin vəzifəni icra edir. Hərbi qulluqçular təhsil aldıqları müddətdə vəzifələrini itirmirlər. Təhsilini bitirdikdən sonra zabitin öz əvvəlki vəzifəsinə qayıtmaq hüququ var. Və o, yenidən əvvəlki vəzifəsinə təyin edilir. Zabit heyəti üçün belə bir imkanın yaradılması onların ixtisaslarına dahya dərindən bələd olmaları, hərbi sahədə bilik və təcrübələrini təkmilləşdirmələri üçündür. Həm də rütbələrin yüksəlməsində böyük əhəmiyyət daşıyır. Bəzən ali hərbi təhsil almaq və ya ixtisas artırmaq üçün xarici ölkələrə təhsil almağa göndərilənlər də olur.    


E.Əfəndi qeyd etdi ki, ölkəmizdə təhsili davam etdirmək üçün hərbi xidmətdən möhlət verilməsi müddətinə ötən il dəyişiklik edilib. Bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə əksini tapıb:

- Dəyişikliyə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsinin hər bir səviyyəsi üzrə yalnız bir dəfə möhlət verilir. Bu möhlət ümumi təhsil müəssisələrində tam orta təhsil alanlara – 20 yaşınadək, peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara da 20 yaşınadək, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara isə 21 yaşınadəkdir. Əyani təhsilalma formasında isə bakalavriat pilləsində təhsil alanlara  müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla möhlət hüququ verilir. Əyani təhsilalma formasında magistraturada təhsil alanlara da təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla möhlət verilir. Baza ali tibb təhsili səviyyəsində, rezidentura, doktoranturada təhsil alanlara da təhsilini bitirənədək hərbi xidmətdən möhlət hüququ verilir. Magistraturaya, doktoranturaya qəbul imtahanları zamanı da təhsilalanlara 3 ay müddətinə möhlət verilir. Bu, gənclərin təhsil almaq imkanlarının genişləndirilməsi məqsədi daşıyır. Hərbi qulluqçularla bağlı isə əlbəttə ki, hərbi sahədə biliklərini artırmaq baxımından faydalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:622
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri