Hərbi xidmətdən qayıdan gənc itkin düşdü
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Cəlilabad rayon sakini itkin düşüb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Seyidbazar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü Əlişa Hüseynağa oğlu Mirzəyev ötən gün heç kimə xəbər vermədən evi tərk edib və bir daha geri qayıtmayıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin şəxsi tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Qeyd edək ki, Əlişa Mirzəyev bir neçə ay öncə hərbi xidmətdən tərxis olunmuşdu.

Hərbi xidmətdən yeni qayıdan gənci maşın vurdu
08 Aprel 2025 13:51
Hərbi xidmətdən yayınan gənc tutuldu
20 Noyabr 2024 10:36
Hərbi xidmətdən qayıdan işçi hansı halda əvvəlki vəzifəsinə qayıda bilməz?
18 Fevral 2025 17:22
Hərbi xidmətdən yayınan gənc həbs edildi
18 Noyabr 2024 12:10

