Icma.az
close
up
RU
Hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldıldı Prezident təsdiqlədi

Hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldıldı Prezident təsdiqlədi

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İlham Əliyev Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunlarında dəyişikliyi təsdiqləyib.

Belə ki, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.

Xatırladaq ki, bu günə qədər həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir.

Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilib.

Bununla bərabər, çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək (hazırda 150-250 manat) məbləğdə, hüquqi şəxslər 900 manatdan 1 100 manatadək (hazırda 300-500 manat) məbləğdə cərimə ediləcəklər.

Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 Dekabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2012

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see195

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see144

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see137

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see126

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see125

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see124

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see123

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see123

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri