Icma.az
close
up
RU
Hərbi xidmətə getməkdən yayınanlara pis xəbər

Hərbi xidmətə getməkdən yayınanlara pis xəbər

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 9 ay ərzində 122 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.

Bu barədə "Yeni Sabah"a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı 2026-cı ilin 9 ayı ərzində 122 əməkdaş, o cümlədən 72 rəhbər heyət üzvü barəsində tədbirlər görülüb. Onlardan 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb. Dördpendirli pizza

Həmçinin 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Hərbi vəzifələrin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə məsuliyyət tədbirləri sərtləşdirilib. Hüquq-mühafizə orqanları ilə birgə həmin şəxslərin müəyyənləşdirilməsi, çağırışa cəlb olunması və barələrində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.

Eyni zamanda, hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində də dəyişikliklər edilib. 1 iyul 2024-cü ildən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların dörd yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən həyata keçirilir.

Məlumat mübadiləsinin elektronlaşdırılması və institusional optimallaşdırma tədbirlərinin tibbi şəhadətləndirmə prosesində korrupsiya risklərinin azaldılmasına, şəffaflıq və hesabatlılığın artırılmasına xidmət etdiyi qeyd olunub.

Digər yenilik isə hərbi qeydiyyat və çağırış proseslərinin rəqəmsallaşdırılmasıdır. Hazırda bir sıra arayışlar, tibbi şəhadətləndirilmənin nəticələri, vətəndaşın xidmət keçmək üçün təyin edildiyi qoşun növü barədə məlumatlar "MyGov" platforması üzərindən təqdim olunur. Vətəndaşlar həmçinin elektron kabinet vasitəsilə müraciətlər göndərə və cavabları elektron qaydada ala bilirlər.

2011-ci il təvəllüdlü, sentyabr ayından isə 2009 və 2010-cu il təvəllüdlü vətəndaşların ilkin hərbi qeydiyyata alınması prosesi də tam elektronlaşdırılıb. Bildirişlərin göndərilməsi, qərarların qəbulu, vətəndaşların məlumatlandırılması və tələb olunan sənədlərin alınması "MyGov" üzərindən həyata keçirilir. İlkin hərbi qeydiyyata alınma vəsiqəsinin kağız formasından da imtina edilib.

Dövlət Xidməti hərbi xidmətə çağırış zamanı tibbi şəhadətləndirmədə süni intellektdən istifadə imkanlarını da nəzərdən keçirir. Planlaşdırılan sistem laborator və digər diaqnostik müayinələrin nəticələrini avtomatik təhlil edərək normadan kənar göstəriciləri və potensial risk profillərini müəyyənləşdirəcək.

Qeyd olunub ki, süni intellekt sistemi yekun tibbi rəy verməyəcək. O, yalnız həkim-ekspertin diqqətinə riskli göstəriciləri çatdıracaq və son qərar hərbi-həkim komissiyası tərəfindən qəbul ediləcək. Hazırda bu layihə aidiyyəti qurumlarla müzakirə və test mərhələsindədir.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 Oktyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri