Hərbi xidmətə hazırlaşan gənc doğum günündə dənizdə boğuldu VİDEO
Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
18 yaşlı gənc doğum günündə dənizdə boğulub.
Tribunainfo.az-ın məlumatına görə, ötən gün günorta saatlarında Məhəmməd İsmayılov dostu ilə birlikdə ad gününü qeyd etmək üçün dənizə gedib. Dənizə daxil olduqdan sonra isə onu tapmaq mümkün olmayıb. Biz də həmin əraziyə yollandıq. Elə hadisə yerində olduğumuz vaxt yeniyetmənin meyiti tapılaraq dənizdən çıxarıldı. Meyitin üzərində qan izləri olduğundan onun başının qayalara dəyərək öldüyü də ehtimal edilir.
Mərhumun atası deyir ki, oğlunun yanında gələn dostunu tanımır.
Qeyd edək ki həmin ərazi qeyri-çimərlik ərazi olduğundan hadisəyə dərhal müdaxilə etmək mümkün olmayıb.
Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara çağırış edərək bildirir ki, yalnız nəzarətli çimərliklərdən istifadə olunsun. Bu il nəzarət edilən ərazilərdə 32 nəfər suda boğulmaqdan xilas edilib və ölüm halı qeydə alınmayıb. Amma nəzarətsiz çimərliklərdə isə belə faciələrin qarşısını almaq çətin olur.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
18 yaşlı gənc doğum günündə dənizdə boğulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 24 İyul 2025 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















