Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınıblar
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 14 aprel, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən müddətli həqiqi hərbi xidməti başa vuran hərbi quluqçuların Silahlı Qüvvələrin ehtiyatına buraxılması həyata keçirilir.
DSX-nin Mətbuat Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, hərbi hissələrin Döyüş bayrağının sıra meydanına gətirilməsi ilə başlayan tədbirlərdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xidmətdə fərqlənmiş hərbi qulluqçular təltifləndirilərək onlara Vətənə şərəfli xidmətlərinə görə təşəkkür edilib, gələcəkdə cəmiyyətimizə layiqli vətəndaş olmaları arzulanıb.
Hərbi qulluqçular üçrəngli bayrağımızı öpüb, xidmət dövründə qazandıqları müsbət vərdiş və keyfiyyətlərə görə minnətdarlıq bildiriblər
Tədbirin sonunda sərhədçi əsgərlər hərbi orkestrin müşayiəti ilə təntənəli şəkildə yola salınıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 14 Aprel 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















