Icma.az
close
up
RU
Hərbi xidmətlə bağlı MARAQLI TƏKLİF: “Əsgərlər axşam evinə getsin”

Hərbi xidmətlə bağlı MARAQLI TƏKLİF: “Əsgərlər axşam evinə getsin”

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Gürcüstanda bir neçə il əvvəl Türkiyənin birbaşa iştirakı, məsləhətləri ilə ordu sistemi yenidən qurulmağa başlandı. Türkiyəli mütəxəssislər NATO proqramları çərçivəsində qonşu, dost Gürcüstanda yeni qaydalar tətbiq etməyə başladılar. Beləliklə, Gürcüstanda çağırış yaşı 18-27 yaş arası müəyyənləşib və vətəndaşa seçim imkanı verilib, xidməti ertələmək rüşvətsiz, pulsuz, adi müraciətlə mümkündür, yəni, vətəndaş çağırış zamanı yazılı müraciət edə bilər ki, bu il yox, məsələn, gələn il xidmətə gedəcək, bununla bağlı öhdəlik götürür”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, Azərbaycanda ordu islahatlarını daha rahat eləmək olar:

“Xidmət 3 yerə bölünüb və vətəndaş özü seçə bilər: 1) Döyüş hazırlığı bölmələrində - cəmi 6 ay xidmət, 2) Başqa nazirlik və qurumlarda (DİN, Fövqəladə hallar və s.) – 8 ay xidmət 3) Hansısa sahədə mütəxəssis, və ya, kiçik rütbəli komandırlər – 12 ay xidmət. Toyuqlu pizza

Hər bir əsgər ödənişlə təmin edilir: 1) 6 ay xidmət edənlər ayda 530 lari (195 dollar), 2) 8 ay xidmət edənlər 600 lari (220 dollar), 3) 12 ay xidmət edənlər 1275–1530 lari (470–560 dollar).

Əgər vətəndaş könüllü olaraq əsgərlik üçün müraciət edirsə, ödənişləri 30% artırılır.

Daha bir maraqlı yenilik – bütün əsgərlər öz evlərindən 50 km aralı xidmət edirlər. Əsgərlər həftədə 5 gün xidmət edirlər, şənbə-bazar isə öz evlərinə gedə bilərlər. Əsgərlərin xidmətdən kənar zamanlarında mobil telefon və internetdən istifadələri tam sərbəstdir. Şənbə-bazar evə getməyənlər qaldıqları hissədə idmanla məşğul ola, yemək yeyə, internetdə zaman keçirə bilərlər. Bundan başqa hər bir əsgərin 10 günlük məzuniyyət haqqı da var.

Əsgər gedən hər bir vətəndaşın iş yeri onun üçün saxlanılır, işlədiyi orqan, müəssisə, qurum, firma ona ayrıca bonus da verir.  Əsgərlər 4-8 nəfərlik “hostel” tipli yerlərdə qalırlar, yeməklərini ancaq tenderi udan kənar şirkətlər verir, yemək “isveç stolu” stilində təqdim olunur.

Gürcüstan bu sistemə torpaqları işğal altında olduğu dövrdə belə keçib, 20% ərazisini Rusiya işğal edib.  Torpaqlarını qaytarmış, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda Ordu islahatlarını daha rahat eləmək olar, bəzi islahatlar da olub, amma, onları dərinləşdirmək, Orduya ayrılan xərcləri azaldaraq, daha texnoloji və vətəndaşa rahat xidmət sisteminə keçməliyik.

Çağırış sistemi elə Gürcüstana bənzər ola bilər, əsgərin öz evinə yaxın qulluq etməsi, müəyyən vəsait alması və bir çox başqa məsələlər həllini tapmalıdır. Bizim Qəhrəman Ordumuz artıq Türkiyə (NATO) standartlarını mənimsəyib, amma, məişəti, əsgərə münasibət hələ də sovetdən qalıb...”

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Sentyabr 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri