Hermeus qırıcı təyyarələr üçün 350 milyon dollar toplayıb
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Hermeus” pilotsuz döyüş təyyarəsi üçün 350 milyon dollar investisiya cəlb edib.
Banco.az xəbər verir ki, müdafiə sahəsində fəaliyyət göstərən, Los-Anceles mərkəzli startap şirkəti “Hermeus” ən sürətli pilotsuz döyüş aparatı kimi təqdim etdiyi təyyarəni inkişaf etdirmək üçün 350 milyon dollar investisiya cəlb edib. Bu investisiya mərhələsi şirkətin dəyərini 1 milyard dollara yüksəldib.
Los-Anceles mərkəzli startapın açıqlamasında bildirilib ki, “Khosla Ventures” rəhbərliyi ilə 200 milyon dollarlıq pay əsaslı maliyyələşmə təmin olunub. Mövcud investorlar “Canaan Partners”, “Founders Fund”, “In-Q-Tel” və “RTX Ventures” də bu mərhələdə iştirak ediblər. Yeni xarici investorlar arasında media holdinqi “Cox Enterprises”in vençur fondu və investisiya şirkəti “Destiny Tech100” yer alır.
“Hermeus”un həmtəsisçisi və baş icraçı direktoru AJ Piplika bildirib: “Biz çoxlu sayda texniki avadanlıq istehsal edirik, istehsal gücümüzü genişləndiririk və xərclərimizin böyük hissəsini səhmlərin payını azaltmadan maliyyələşdirə biliriksə, bu, mütləq seçilməli yoldur”.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 07 Aprel 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















