Icma.az
close
up
RU
Hərracda 6,2 milyona satılan bananın satıcısı danışdı

Hərracda 6,2 milyona satılan bananın satıcısı danışdı

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliyalı sənətçi Mauritsio Kattelanın divara yapışdırılmış banandan ibarət “Comedian” (Komediyaçı) əsərinə modellik edən bananın satıcısı danışıb.

“Cebheinfo.az” xəbər verir ki, keçən həftə Nyu-Yorkdakı hərrac evində 6,2 milyon dollara satılan bananı binanın qarşısındakı piştaxtada 25 sentə satan şəxsin 74 yaşlı Şah Aləm olduğu öyrənilib.

Banqladeşdən olan immiqrant küçə satıcısı saatda 12 dollar qazana biləcəyini söyləyib.

2007-ci ildə qızına daha yaxın olmaq üçün köçdüyünü deyən satıcı gündə 12 saat işləyir.

“Komediyaçı”nın işini başa düşmədiyini deyən Ələm soruşur: "Bunu alanlar nə cür insanlardır? Bananın nə olduğunu bilmirlər?" deyərək təəccübünü bildirib. 

“Komediyaçı” çinli kriptovalyuta sahibkarı Castin Sun tərəfindən alınıb. 

Əsər bananın özü deyil, bir bananın bu şəkildə nümayiş olunmasından ibarətdir.

Bananın satıcısı üzə çıxandan sonra milyonçu Sun Ələmdan 100 min banan almağı planlaşdırdığını açıqlayıb. Bu qədər banan 25 min dollar dəyərindədir.

Sun açıqlamasında, "Bu bananlar Ələmin dəzgahı vasitəsilə bütün dünyaya pulsuz paylanacaq. Banan almaq üçün yalnız etibarlı şəxsiyyət vəsiqəsi göstərmək kifayətdir. Ələmin bu qeyri-adi sənət əsərinə verdiyi töhfənin unikal əhəmiyyəti var, çünki o, gündəlik həyatda gizlənən sonsuz imkanları və dəyəri vurğulayır", - deyib. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Noyabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri