Hersoqdan Əraqçiyə reaksiya: “İlanın başı sizsiniz” KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Hər gün öz xalqını qətliama məruz qoyan, azadlıq uğrunda mübarizə apardıqlarına görə günahsız qadın və kişiləri edam edən, Yaxın Şərq boyunca qorxu və ölüm yayan qanlı İran rejimi başqalarına əxlaq dərsi verə bilməz”.
KONKRET.az xəbər verir ki, bunu İsrail Prezidenti İsxaq Hersoq İran xarici işlər naziri Abbas Əraqçinin açıqlamasına cavab olaraq deyib.
“Bu rejimin beynəlxalq miqyasda pislənməsi siyasi təzyiqlərin nəticəsi deyil, sadə və danılmaz həqiqətin əksidir. İlanın başı İran rejimidir, o, HƏMAS, “Hizbullah” və digər terrorçu və proksi qrupları silahlandıran, maliyyələşdirən və yönləndirən, eyni zamanda özü insanlığa qarşı cinayətlər törədən bir rejimdir”, – o vurğulayıb.
Hersoq qeyd edib ki, İsrail Prezidenti vətəndaşları və azad dünyanı qanlı terrorizmə qarşı qoruyan demokratiyanı təmsil etdiyi halda, İran xarici işlər naziri öz dəhşətli cinayətlərini boş və mənasız sözlər arxasında gizlətməyə çalışan vəhşi və repressiv rejimi təmsil edir.
(teleqraf)
Baxış sayı:52
Bu xəbər 20 Yanvar 2026 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















