Icma.az
close
up
RU
Hersoqun Bakıya gəlməməsinin səbəbi... ŞƏRH

Hersoqun Bakıya gəlməməsinin səbəbi... ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail təhlükəsizlik protokollarına uyğun gəlmədiyindən səfəri təxirə salmağa qərar verib



  İsrail Prezidenti İshaq Hersoq COP29-da iştirak üçün 19 noyabrda Bakıya planlaşdırılan səfərini ləğv edib. İsrail Prezidentinin Ofisi səfərin ləğvinə səbəb kimi təhlükəsizlik məsələlərini göstərib.

 “Caliber.az” Azərbaycan Xarici İşlər Nazirliyindəki yüksəkvəzifəli mənbəyə istinadla İshaq Hersoqun Azərbaycana səfərinin ləğv edilməsinin səbəbinin heç də təhlükəsizlik məsələsi olmadığını açıqlayıb.

  “Dəfələrlə böyük regional və dünya tədbirlərinə (Avroviziya, Avropa Oyunları, Qoşulmama Hərəkatının sammiti və s.) ev sahibliyi edən Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Mübaliğəsiz demək olar ki, Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Bunu bu il mayın 30-da Bakıda səfərdə olan Prezident Hersoq da daxil olmaqla, çoxlu sayda İsrail rəsmisi, o cümlədən ölkənin ali rəhbərliyinin Azərbaycana gəlməsi də təsdiqləyir. Baş nazir Netanyahu da 2016-cı ildə Azərbaycana bir günlük səfərə gəlmişdi”, - məlumatda bildirilib.

Qeyd edilib ki, Azərbaycanda COP29-un keçirilməsi ilə əlaqədar on minlərlə qonağın və yüzə yaxın dünya liderinin və yüksəksəviyyəli nümayəndə heyətlərinin rəhbərlərinin ölkəyə gəlməsi kontekstində də misli görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirilir. 

  Siyasi şərhçi Aqil Məmmədov isə “Sherg.az"a açıqlamasında deyib ki, İsrail prezidentinin Azərbaycana səfərinin təxirə salınması məsələsi İsrail mətbuatı tərəfindən təhlükəsizliklə əlaqələndirilir. Lakin bu təhlükəsizlik narahatlıqları Bakı ilə bağlı deyil, səfər marşrutu ilə bağlıdır:


“Dövlət başçılarının həm yerüstü, həm də hava hərəkəti ciddi təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirilir. Bu prosesdə marşrut əvvəlcədən müəyyənləşdirilir və müvafiq ölkələrə diplomatik kanallar vasitəsilə nota ilə çatdırılır. Hər bir ölkə, 1 nömrəli bortun onun hava məkanına daxil olmasından etibarən, onu tərk edənə qədər təhlükəsizlik tədbirləri görməlidir. Bəzi hallarda isə bu təyyarələr həmin ölkələrin hərbi hava qüvvələri tərəfindən müşayiət olunur.

  Yaxın Şərqdə baş verən son hadisələr İsrailin yüksək vəzifəli şəxslərinin təhlükəsizliyinə dair tədbirlərini maksimum səviyyəyə çatdırmağa məcbur edib. Məsələn, İsrail baş nazirinin ABŞ-yə son səfəri zamanı onun təyyarəsi F-35 qırıcıları tərəfindən havada müşayiət olunmuşdu. Bu, təhlükəsizliyə verilən önəmin bir nümunəsidir.

  Ehtimal ki, İsrail prezidentinin Azərbaycana səfəri üçün İsrail tərəfi Türkiyəyə nota göndərərək, 1 nömrəli bortun və onu müşayiət edəcək İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların Türkiyə hava məkanına daxil olmasına icazə istəyib. Lakin rəsmi Ankara, 1 nömrəli bort istisna olmaqla, İsrail qırıcılarına hava məkanına daxil olmaq icazəsi verməyib. Bunun əsas səbəbi İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) Yaxın Şərqdə, xüsusilə Fələstin və Livanda həyata keçirdiyi əməliyyatlardır. Bu isə prezidentin təyyarəsinin havada müşayiətsiz qalması deməkdir. Belə bir vəziyyət İsrailin təhlükəsizlik protokollarına uyğun gəlmədiyindən səfərin təxirə salınması qərarı verilib”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:338
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Noyabr 2024 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri