Icma.az
close
up
RU
Hesab vaxtıdır, bacılar qardaşlar...

Hesab vaxtıdır, bacılar qardaşlar...

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Azərbaycan dövlətinin, xalqımızın taleyində tarixi proseslər baş verir. Müstəqil Azərbaycan məhkəməsi müharibə cinayətlərində ittiham edilən Ruben Vardanyanı bu gün 20 il azadlıqdan məhrum etdi.

Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David Babayan, David İşxanyan və başqa cinayətkarlara da artıq hökm oxunub.

İşğaldan azad edilmiş ərazilərimizə bu gün daha bir qayıdış karvanı yola düşdü. Keçmiş köçkün Azad Edilmiş ərazilərə qovuşur. Eyni vaxtda müharibə cinayətkarları Azadlıqdan məhrum Edilir!

-İlahi Ədalət. - Məhkəmənin hökmü!

-Allahın hökmü!.. Təqvimə baxaq. Az qala hər ayda bir işğal tarixi var idi.

Məsələn, fevralın bir adı da Xocalı soyqırımı idi.

Bu aya Çingiz Mustafayevin hönkürtülü harayına qarışmış helikopter mühərrikinin səsi ilə keçirdik.

…Aprelin başqa adı-işğal Kəlbəcər idi, …may-məğlub Şuşa və məğlub Laçın,

…İyul-süqut Ağdam ayı idi.

…Avqust-işğal Cəbrayıl, işğal Qubadlı və işğal Füzuli ayı idi.

… Oktyabrın iki başqa adı var idi: İşğal Xocavənd və işğal Zəngilan.

Hər il, hər ay utanıb yerə girirdik. “Xəcalətli düşmənin olsun!” deyirik. Amma düşmən yox, biz idik xəcalətli. Qəhrəman Xalq adını, Aciz Xalq adına dəyişmişdik. Məğlubiyyətə şikəst övladımız kimi bağlanmışdıq. Onu sevirdik. Bizi xarici ölkələrdə, beynəlxalq tədbirlərdə məğlubiyyətimizlə tanıyıb “yuxarı” başa keçirir, “ehtiram” göstərirdilər.

Əslində isə onların bizə yazığı gəlirdi. Təkcə torpaqlarımızı deyil, həm də ümidimizi, məğrurluğumuzu, başucalığımızı itirmişdik. İşğal etdirdiyimiz rayonların adlarını şadlıq saraylarına, restoranlara verməklə təskinlik tapırdıq. Düşmən yalnız qız-gəlinlərimizi əsir götürməmişdi. O bizim ruhumuzu, özünəinamımızı əsir almışdı. Böyük Azərbaycanlını “heç olmasa, bir kəndimizi qaytarsaydılar?!” diləyinə qədər kiçiltmişdilər. Ta ki Prezident İlham Əliyevin iradəsi ilə torpaqlarımız işğaldan azad edilənədək.

Biz o idik. Yazıq. Zavallı. Zəif. Məğlub Azərbaycanlı.

Ta İlham Əliyev müqəddəs azadlıq müharibəsində qalib olanadək.

İlham Əliyev düşməni kapitulyasiyaya, ağ bayraq qaldırmağa məcbur etdi. O BMT Təhlükəsizlik Şurasından da, ATƏT-in Minsk qrupundan da, 907-ci düzəlişdən də üstün oldu. Ermənistan Yekun Sülh Sazişinə Azərbaycanın şərtləri ilə gedir. Düşmənin xaraba qoyduğu yerlərin qurulması, bərpası İlham Əliyevin adı ilə bağlıdır. Xalqın ruhu özünə Böyük Qayıdışla dönür.

İlham Əliyev Dövləti, Bayrağı, Gerbi, Himni bərpa etdi.

O xalqımızı, hər birimizi qorudu.

Tariximizi qorudu.

Qürurumuzu, Milli mənliyimizi qorudu!

Tarixinin ən şərəfli, ən dəyərli, başıuca, üzüağ, alnıaçıq çağlarını yaşayan Azərbaycan xalqının hər bir üzvü də bu gün (sabah və həmişə…) İlham Əliyevi qorumalıdır.

Prezident hər bir azərbaycanlının şərəfini qorudu!

Hər bir əsl azərbaycanlının.

Hər bir əsl azərbaycanlı da Prezident İlham Əliyevin şərəfini qorumalıdır! Onu hədəfə alan kəs qarşısında bizi, hər birimizi görməlidir! Yəni aydın deyil ki, uzun müddətdir internet resurslarında, ayrı-ayrı yutub kanallarında Prezidentə qarşı qara hərəkata başlayanların əsas məqsədi Xalqın Qələbəsini oğurlamaq, diqqəti bütün tariximizin ən böyük Nailiyyətindən - Azərbaycanın Böyük Qələbəsindən yayındırmaqdır!?! Qələbənin Əsas Müəllifi İlham Əliyev və ailəsi də ona görə hədəf seçilib ki, şahidi, iştirakçısı olduğumuz Möcüzəni adiləşdirib gözümüzdən Zəfər Rəmzini salsınlar. Azərbaycanın Müstəqil dövlət Tarixinin Yeganə Qalib liderinin üzərinə gələnlər istisnasız olaraq rəqəmsal platformalardan istifadə edir. Axı bu platformalarda biz də varıq. Görün bir nə qədərik?!!! 100 minlərlə, milyonlarla! On milyonlarlayıq! Hər birimizin hesabı var. Hesab vaxtıdır, bacılar-qardaşlar...

Prezident və Birinci xanım özünü müdafiə etməməlidir. Biz etməliyik və bunu da elə etməliyik ki, hamı görsün: Hər birimiz İlham Əliyevik!

Mir Şahin, xüsusi olaraq “Qafqazinfo” üçün

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Fevral 2026 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri