Icma.az
close
up
RU
Hesabat: Bu il Aİ sərhədlərini qanunsuz keçid halları 18 faiz azalıb

Hesabat: Bu il Aİ sərhədlərini qanunsuz keçid halları 18 faiz azalıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 11 avqusta. AZƏRTAC

Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (“Frontex”) ilkin məlumatlarına görə, 2025-ci ilin ilk yeddi ayında Avropa İttifaqına qeyri-müntəzəm sərhəd keçidləri 18 faiz azalaraq 95 200-ə düşüb.

AZƏRTAC “Frontex”in saytına istinadla xəbər verir ki, əsas miqrasiya marşrutlarının əksəriyyətində azalma müşahidə olunsa da, Aralıq dənizinin üç istiqamətində təzyiq yüksək olaraq qalır. Milli hakimiyyət orqanlarını dəstəkləyən 3 400-dən çox “Frontex” əməkdaşı Aİ sərhədlərin qorunması və dənizdə insanların həyatını xilas etmək öhdəliyini davam etdirir. Qərbi Balkan ölkələri (-47%), Şərqi Quru Sərhədləri (-45%) və Qərbi Afrika (-46%) marşrutlarında keçidlərdə əhəmiyyətli azalmalar qeydə alınıb. Bununla yanaşı, Mərkəzi Aralıq dənizi ən işlək marşrut olaraq qalır və Aİ-yə hər beş qanunsuz keçiddən ikisini təşkil edir. Bu ilin ilk rübündə “Channelup” vasitəsilə Böyük Britaniyaya qeyri-müntəzəm keçidlər artıb. Bu istiqamətdə ən çox qanunsuz miqrant Banqladeş, Misir və Əfqanıstan vətəndaşları olub.

La-Manş vasitəsilə Böyük Britaniyaya doğru qeyri-müntəzəm keçidlər 26 faiz artaraq 41 800 cəhdə çatıb. Bu artım əlverişli hava şəraiti, sahilin müxtəlif nöqtələrindən insanları götürən daha çətin aşkar edilən “qaçaqmalçı qayıqlarının” istifadəsi və hər gəmidə daha çox miqrantın gəlməsi ilə əlaqələndirilir. Qaçaqmalçılıq şəbəkələri aktiv və çevik olaraq qalır, çox vaxt miqrantların təhlükəsizliyinə məhəl qoyulmur və onların həyatı ciddi təhlükə altına düşür.

Qaçaqmalçıların istifadə etdiyi taktikalardan biri də birdən çox dolu qayığın bir anda işə düşdüyü qanunsuz keçidlərdir. Bir çox gəmi dənizə çıxmağa yararsızdır və mühərrik nasazlığına meyillidir. Fransız səlahiyyətliləri tez-tez “Frontex”in dəstəyi ilə vəziyyətə müdaxilə edirlər, lakin suda qalan qayıqlar Böyük Britaniyaya doğru davam edir. Bir qayığa düşən insanların orta sayı təxminən 60 nəfərə yüksəlib, bəzilərində isə 100-də çox qanunsuz miqrant var.

“Frontex” bildirib ki, Aİ ölkələri və Britaniya hökumətinin qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində qəbul etdiyi qərarlar ilin sonunadək qeyri-leqal keçidlərin daha da azalması ilə nəticələnəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Avqust 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri