Hesablama Palatası 155 milyon manat həcmində səmərəsiz xərclər müəyyən edib
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hesablama Palatası ötən il başa çatdırılmış auditlərdə 155.4 milyon manat həcmində səmərəsiz xərclər müəyyən edib.
Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat"ında əksini tapıb.
Qeyd olunub ki, sözügedən vəsaitin 34.7 milyon manatı mal, avadanlıq və obyektin istifadəsiz qalması və ya digər tərəfin istifadəsinə verilməsi, 29.2 milyon manatı, qənaət imkanlarından istifadə edilməmə, 20.2 milyon manatı funksional fəaliyyətə aid olduğu halda 3-cü tərəfə ötürülmə, 71.3 milyon manatı isə digər səmərəsiz istifadə hallarına aid olub.
Mərahim Nəsib
Baxış sayı:107
Bu xəbər 15 Aprel 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















