Icma.az
close
up
RU
Hesablama Palatası: 65 yaşdan yuxarı əhalinin sayında artım DSMFnin maliyyə dayanıqlılığına təsir göstərən risk amilidir

Hesablama Palatası: 65 yaşdan yuxarı əhalinin sayında artım DSMFnin maliyyə dayanıqlılığına təsir göstərən risk amilidir

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni doğulmuş uşaqların sayının azalması fonunda 65 yaşdan yuxarı yaşda olan əhalinin sayında müsbət dinamikanın mövcudluğu əhali arasında yaşlanmanın baş verdiyini əks etdirir ki, bu da eyni zamanda daha çox şəxsin pensiya ilə təmin edilməsi və pensiya yükünün artması anlamına gəlməklə maliyyə dayanıqlılığına təsir göstərən risk amilidir.

Bu Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Qeyd edilib ki, Statistika Komitəsinin məlumatlarına əsasən Azərbaycanda əmək qabiliyyətli yaşda olan əhalinin hər 100 nəfərinə 2022-ci ildə 12,7 nəfər, 2023-cü ildə 13,6 nəfər, cari ildə isə 14,7 nəfər düşüb. Yaşı 65-dən yuxarı olan əhali sayının artması davamında əmək pensiyası alan şəxslərin say göstəricisinin, habelə ölkə üzrə pensiya yükünün də artmasını şərtləndirir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əmək pensiyaçılarının sayı 0,4%, yaşı 65 və daha yüksək olan pensiyaçıların sayı isə 11,8% artım tempinə malik olmuşdur. Eyni zamanda əmək pensiyalarının yaşa görə növü üzrə müvafiq artım 8,5%, əlilliyə görə növü üzrə 23,2%, ailə başçısını itirməyə görə növü üzrə isə 30,9% təşkil etmişdir. Ailə başçısını itirməyə görə pensiya növündə artım tempinin yüksək olması 65 yaşa çatmış şəxslərin müəyyən hissəsinin pensiyasının yaşa görə pensiya növündən ailə başçısını itirməyə görə pensiya növünə dəyişdirməsi və ya yaşa görə pensiya təyinatı üçün tələb olunan yaş həddinə çatdıqda birbaşa olaraq şəxsə istəyi əsasında ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi ilə bağlıdır. Qeyd etmək lazımdır ki, ötən ilin 01 iyul tarixi ilə müqayisədə cari ildə artım tendensiyası yaşı 77-dən yuxarı olan pensiyaçılar üzrə də davam etmişdir. Belə ki, müvafiq dövr üzrə 77 və daha yuxarı yaşda olan pensiyaçıların sayı 2860 nəfər və ya 2,1% səviyyəsində artım tempinə malik olmuşdur. Son illərdə ölkədə hökm sürən iqtisadi stabillik həm əmək haqqı göstəricilərinin, həm də pensiya və müavinətlərin artım tempinə malik olmasını təmin etmişdir. Əhalinin iqtisadi rifah, tibbi xidmət, sosial təminatının yüksəlişi yuxarıda da qeyd olunduğu kimi insanların uzunömürlü həyat sürməsini təmin etmişdir. Müvafiq hal isə öz növbəsində əmək pensiyaçılarının orta pensiya ödənişi müddətinin uzanması və Fondun maliyyə yükünün artırılması ilə nəticələnir. Fondun gələcək illərdə dayanıqlığın təmin olunması məqsədilə həyata keçirəcəyi islahatlar zamanı müvafiq amilin mövcudluğu diqqət mərkəzində saxlanılmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://pravda.az
archiveBu xəbər 21 Noyabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see167

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see136

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see135

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see135

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see133

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see127

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see124

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see122

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see117

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see114

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri