Icma.az
close
up
RU
“Nə dişimi müalicə edir, nə də pulumu qaytarır”

“Nə dişimi müalicə edir, nə də pulumu qaytarır”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Həm özümün, həm də anamın diş müalicəsi üçün həkimə güvənərək öncədən ödəniş etmişəm. Stomatoloq işləri icra etməyib və artıq bir ildir ödənişi geri ala bilmirəm”.

Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Orxan Əliyev müraciət edib. 

Onun iddialarına görə, həkim Zeynalabdin Allahyarovun onlara ümumi 5140 manat borcu var: “2024-cü ilin mayında anamın dişlərinin müayinə və müalicəsi üçün Yasamal rayonu, Mirəli Seyidov 19A ünvanında yerləşən “Loft Dent – Stomatoloji Klinika”sında həkim-stomatoloq vəzifəsində çalışan, Zeynal adı ilə tanınan Allahyarov Zeynalabdin Məmməd oğluna müraciət etmişdim. Müayinələrdən sonra 6 ədəd implant və 24 ədəd dişin düzəldilməsinə razılaşdıq. Anamın dişlərinin düzəldilməsinə görə onun göndərdiyi kart hesabına öncədən 4800 manat ödəniş etmişəm. Bundan sonra həkim 6 ədəd implant əməliyyatını icra etdi. Əməliyyatdan sonra damağın sağalması üçün təxmini 3 ay müddət lazım olduğundan, daha sonra öz dişlərimin müalicəsi üçün Zeynal həkimə müraciət etdim. Özüm üçün 1 ədəd implant və 4 ədəd diş qapağı-zirkon üçün ümumilikdə Zeynal həkimin göndərdiyi kart hesabına 1490 manat ödəniş etmişəm. Bunlardan mənim üçün yalnız 1 ədəd implant əməliyyatı icra olunub”.

Vətəndaşın sözlərinə əsasən, həm anası, həm də özü damaq sağaldıqdan sonra dəfələrlə adıçəkilən həkimə müraciət etsələr də, stomatoloq müxtəlif bəhanələr gətirib: “Gah pnevmoniya olduğundan xaricdə müalicə aldığını bildirir, gah da ünvanını dəyişdiyini və yeni bir mərkəzə köç ilə əlaqədar zamana ehtiyacı olduğunu bildirərək özünə əlavə zaman qazandırırdı. Uzun müddətdən sonra Mövsüm Sənani 139a ünvanında yerləşən “Face art Clinic”də fəaliyyət göstərdiyini bildirdi və bizi ora çağırdı. Hər dəfə gəldiyimizdə heç bir iş icra etmir, diş texnikləri tərəfindən xətalı dişlər hazırlandığını bəhanə gətirərək təkrar ölçülər götürürdü. 2-3 dəfə bizi qəbul etdikdən sonra yenidən nə zənglərə, nə də mesajlara cavab verdi. Daha sonra klinikadan məlumat almaq istədiyimizdə onun artıq burada da işləmədiyini bildirdilər. Uzun müddətdən sonra nəhayət onunla əlaqə saxlaya bildim və özünə şəxsi klinika açdığını, bizi ora çağıracağını bildirdi. Bütün bu olanlardan sonra həkimə artıq inanmadığımı bildirdim və icra olunmamış işlərin ödənişini geri qaytarmağını tələb etdim. Bu tələbdən sonra həkim yenə nə zənglərə, nə də mesajlara cavab verirdi. Bir müddət aradan sonra öyrəndim ki, Zeynal həkim Bakı şəhəri, Kaveroçkin küçəsi 127 ünvanında yerləşən “L.A Dent Stomatoloji klinika”da fəaliyyət göstərir. Klinikada üz-üzə görüşümüz zamanı ödənişi geri qaytaracağını bildirsə də, bu günə kimi etməyib”.

Orxan Əliyev deyir ki, aldığı məlumata görə, həkimin bu hərəkətlərindən şikayətçi olan tək o deyil. Belə ki, xeyli sayda pasiyentin başına oxşar hadisə gəlib: “Son işlədiyi klinikaya gedən zaman narazı pasiyentləri görərək əyanı şahid oldum. Həkim də buna görə klinikaya gəlmirdi. Həkimin ödənişi geri qaytarmaması səbəbindən və mənim əlavə vəsaitim olmadığından nə anamın, nə də öz dişlərimin müalicəsini başqa yerdə icra edə bilirəm. Natamam işlər səbəbindən anamın damağında qanaxmalar, yaralar, çirklər və implantda əyilmələr, həmçinin məndə qapaqöncəsi hazırlıqlar (diş kanallarında müalicələr, diş yonulmaları, plomblar) etdiyimdən və nəticədə dişlərim kövrək olduğundan, artıq dişlərimdə zədələnmələr və çürümələr baş verir.

Həmçinin başqa bir həkimə müraciət etdiyim zaman anam üçün icra olunmuş implant əməliyyatlarında ciddi səhvə yol verildiyindən, çənəyə olunan 4 ədəd implant sökülməli, yerinə sümük köçürülmə əməliyyatı icra olunmalı, daha sonra yeni implantlar qoyulmalıdır ki, bunlar da mənim xərclərimi daha da artırır”.

Şikayətçi həkimlə sonuncu dəfə mayın 20-də danışa bilib. Z.Allahyarov ona ödənişi edəcəyini desə də, pulunu geri qaytarmayıb. Buna görə də o, şikayət ərizəsi ilə polisə müraciət edib. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, vətəndaş Orxan Əliyev şikayəti üzrə polis orqanına dəvət edilib: “Araşdırmalarla məsələnin mülki xarakterli olması müəyyən edildiyindən məhkəməyə müraciət etməsi tövsiyə olunub”.

Şikayətlə əlaqədar həkim-stomatoloq Zeynalabdin Allahyarovla da əlaqə saxladıq. O, məsələyə münasibət bildirmək istəmədi, iddialar haqda şikayətçinin özü ilə danışacağını əlavə etdi. 

Lamiyə Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 İyun 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri