Icma.az
close
up
RU
Hesablama Palatası ARDNF ə proqnozlaşdırma mexanizmlərinin təkmilləşdirilməsini tövsiyə edib

Hesablama Palatası ARDNF ə proqnozlaşdırma mexanizmlərinin təkmilləşdirilməsini tövsiyə edib

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ölkənin payına düşən karbohidrogenlərin hasilat və daxilolma proqnozları ilə faktiki icra göstəriciləri arasında müşahidə olunan fərqləri nəzərə alaraq, proqnozlaşdırma mexanizmlərini təkmilləşdirməli, satış qiymətləri ilə bağlı risklərin effektiv idarə olunması, habelə podratçılarla şəffaflıq və nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər görməli, bu proseslərin səmərəli icrası üçün aidiyyəti təşkilatlarla koordinasiyanı artırmalıdır. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2024-cü il büdcəsinin icrasına verdiyi rəydə bildirilir.

Bundan başqa, Palata Fonda aşağıdakıları tövsiyyə edib:

- Likvidlik göstəricilərində, xüsusilə cari hesab qalığında müşahidə olunan aylar üzrə dəyişkənliyin və ilin sonunda baş verən əhəmiyyətli artımın səbəblərinin təhlil olunması, vəsaitlərin il ərzində daha balanslı və məqsədyönlü idarə olunmasını təmin etmək məqsədilə likvidlik planlaşdırmasının təkmilləşdirilməsi, bu prosesin Fondun xərcləri və öhdəliklərinin icra dinamikası ilə uyğunlaşdırılması;

- Fondun özəl səhmlər alt portfelinin hədəf gəlirliliyi ilə müqayisədə aşağı performans göstərməsi fonunda bu aktiv sinfinin səmərəliliyinin artırılması məqsədilə portfelin sektor və coğrafiya üzrə diversifikasiyası, aktivlərin həyat dövrü, likvidlik profili, risk–gəlir nisbəti və idarəedici menecerlərin effektivliyi kimi əsas göstəricilər üzrə təhlilin gücləndirilməsi, aşağı gəlirliliyin səbəbləri müəyyənləşdirilməli və onların aradan qaldırılmasına yönəlmiş konkret və məqsədyönlü tədbirlər planı hazırlanması;

- Özəl səhmlərə dair investisiya qərarlarının qəbulunu tənzimləyən institusional çərçivənin təkmilləşdirilməsi, layihə seçimi və qiymətləndirmə meyarlarının nəticəyönlü indikatorlarla gücləndirilməsi, eləcə də bu aktiv sinfi üzrə performansın davamlı monitorinqini və hesabatlılığını təmin edən effektiv idarəetmə mexanizmlərinin tətbiqi;

- Daşınmaz əmlak alt portfeli üzrə hədəflənmiş strukturun formalaşdırılması üçün tələb olunan vaxt, eləcə də məqbul bençmarkların seçilməsi və təsdiqi üzrə görülmüş tədbirlər nəzərə alınmaqla, alt portfel üçün yekun bençmarkın təsdiqi və bu istiqamətdə Fondun fəaliyyətini tənzimləyən müvafiq normativ hüquqi aktlarda müvafiq dəyişikliklərin nəzərdən keçirilməsi;

- Fondun strateji məqsədləri və vəzifələri, o cümlədən idarəetmədə olan vəsaitlərin gələcək nəsillər üçün qorunub saxlanılması nəzərə alınaraq, vəsaitlərin idarə olunmasında real gəlirlilik meyarının əsas prinsiplərdən biri kimi müəyyənləşdirilməsi, bu yanaşmanın müvafiq qiymətləndirmələrdə və bençmark seçimində nəzərə alınması;

Bundan başqa, Palata bəyan edib ki, 2024-cü ildə Fondun daşınmaz əmlak alt portfeli üzrə mənfi gəlirlilik ( -2,9 %) müşahidə olunub. Bu mənfi göstərici əsasən qlobal daşınmaz əmlak bazarında müşahidə edilən durğunluqla izah edilsə də, bu alt portfel üzrə risklərin, o cümlədən tərəfdaşlar ilə risklərin bölüşdürülməsi mexanizmlərinin təkmilləşdirilməsi, gəlirlilik və risk arasında optimal balansı təmin edəcək meyarların müəyyən edilməsi, habelə aktivlərin portfeldə saxlanılması və ya satılması imkanlarının müvafiq bazar konyukturasına uyğun qiymətləndirilməsinin təkmilləşdirilməsi məqsədəuyğun hesab olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 İyul 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri