Hesablama Palatası ASOSAI İdarə Heyətinin 62 ci Toplantısına ev sahibliyi edir
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hesablama Palatası ASOSAI İdarə Heyətinin 62-ci Toplantısına ev sahibliyi edir
Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə bu gün Bakıda Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısı keçirilir.
Newscenter.az xəbər verir ki, toplantıya ASOSAI İdarə Heyəti və Audit Komitəsinin üzvləri, eləcə də Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) sədrliyi və katibliyinin nümayəndələri, INTOSAI İnkişaf Təşəbbüsünün təmsilçiləri daxil olmaqla 100-dən çox iştirakçı qatılıb.
Tədbirdə ev sahibi – Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək toplantının əhəmiyyəti barədə danışıb, qurumun beynəlxalq əməkdaşlığa verdiyi önəm və ASOSAI çərçivəsində verilən töhfələr barədə fikirlərini bölüşüb.
Daha sonra iştirakçılara Azərbaycan haqqında təqdimat videosu da nümayiş olunub.
Sonra tədbir ASOSAI sədrliyini təmsil edən Hindistanın Müfəttiş və Baş Auditorunun müavininin çıxışı ilə davam edib. O İdarə Heyətinin fəaliyyəti barədə məlumat verib.
Daha sonra ASOSAI katibliyini təmsil edən Çin AAO sədri çıxış edərək təşkilatın maliyyə hesabatları və növbəti dövr üçün büdcəsindən bəhs edib.
Qeyd edək ki, Hesablama Palatası 2024-cü ilin sentyabrında Hindistanın Yeni Dehli şəhərində keçirilmiş ASOSAI Assambleyasında ilk dəfə olaraq təşkilatın İdarə Heyətinə üzv seçilib.
Süleyman
Bu mövzuda digər xəbərlər:İlham Əliyev ASOSAI nin İdarə Heyətinin 62 ci toplantısının iştirakçılarına müraciət edib
18 İyul 2025 11:40
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri AİPCE nin illik toplantısına qatılıblar
01 Oktyabr 2025 15:39
Hesablama Palatası məlumat yaydı
21 Noyabr 2024 19:00
Hesablama Palatası Turizm Agentliyində dövlət vəsaitlərinin idarə olunmasına dair audit keçirir
14 Mart 2025 23:53
Baxış sayı:110
Bu xəbər 17 İyul 2025 22:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















