Icma.az
close
up
RU
Hesablama Palatası daha bir dövlət qurumunda nöqsanlar AŞKARLADI

Hesablama Palatası daha bir dövlət qurumunda nöqsanlar AŞKARLADI

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkarlayıb.
Palatadan Bizim.Media-ya bildirilib ki, audit Azәrbaycan Respublikasının Dövlәt Ehtiyatları Agentliyindә auditin predmetlәrinә aid әldә olunmuş sәnәdlәrә әsasәn 2022-2023-cü illәr әhatә olunmaqla hәyata keçirilib.
Pul vәsaitlәrinin hәrәkәtinә dair tәqdim edilmiş sәnәdlәrә әsasәn auditlә әhatә olunan dövrdә daxilolmaların hәcmi ümumilikdә 281351,9 min manat tәşkil edib.
 

Tәqdim edilmiş sәnәdlәrә әsasәn pul vәsaitlәri üzrә hesabat illәrinin әvvәlinә vә sonuna olan qalıqlar nәzәrә alınmaqla xәrclәnmiş (mәxaric edilmiş) vәsaitin hәcmi auditlә әhatә olunan dövrdә ümumilikdә 210902,1 min manat olub.


Publik hüquqi şәxs tәşkilati hüquqi formasında yaradılaraq 11.02.2022-ci il tarixindәn dövlәt qeydiyyatına, 01.03.2022-ci il tarixindә isә ӘDV qeydiyyatına alınması şәraitindә 2022-ci ildә 5,8 milyon manat mәblәğindә vәsaitin dövlәt büdcәsindәn “ehtiyat vәsait” adı ilә ayrılmaqla fәaliyyәt ehtiyaclarına sәrf olunmasına baxmayaraq dövlәt sifarişi ilә tәyinatlı tәdbirlәrin hәyata keçirilmәsi üçün mәqsәdli vәsaitlәrin ödәnilmәsinә dair hәmin sifarişin şәrtlәrini tәnzimlәyәn müvafiq müqavilәnin bağlanılması tәmin edilmәyib; aidiyyәti hüquqi aktın tәlәblәrinә әmәl edilmәyәrәk 2022-ci ildә dövlәt büdcәsindәn “ehtiyat vәsait” adı ilә ayrılaraq fәaliyyәt ehtiyaclarına sәrf olunan vәsaitdәn ilin sonuna qalan 878,2 min manat mәblәğindә hissәsinin Maliyyә Nazirliyi ilә Dövlәt Ehtiyatları Agentliyi arasında növbәti il üçün bağlanmış “Dövlәt adından yaradılan publik hüquqi şәxsә dövlәt büdcәsi hesabına mәqsәdli vәsaitlәrin ödәnilmәsi üzrә” 10.01.2023-cü il tarixli müqavilәdә (müqavilәnin şәrtlәrindә) nәzәrә alınması tәmin edilmәyib; dövlәt büdcәsinin vәsaitlәrinә olan illik tәlәbatın düzgün müәyyәnlәşdirilmәmәsi şәraitindә 2022-ci ildә 45000 min manat, 2023-cü ildә 127516,3 min manat mәblәğindә vәsait müxtәlif şәrtlәrlә banklara depozitә yerlәşdirilib, depozitdәn qayıtmış vәsaitlәr çıxılmaqla depozitin qalığı 2023-cü ilin sonuna 44516,3 min manata bәrabәr olub; müvafiq hüquqi aktla dövlәt büdcәsinin әsaslı vәsait qoyuluşu üçün nәzәrdә tutulmuş maliyyә resurslarından 2 әdәd lokomotivin alınması tәyinatı üzrә ayrılmış 1 milyon manat mәblәğindә vәsaitin hesabına ümumilikdә 822,2 min manat xәrclәnәrәk 2 әdәd lokomotivin alınmasından sonra qalan 177,8 min manat mәblәğindә tәyinatı bәlli vәsaitin auditin keçirildiyi müddәtin sonunadәk agentliyin bank hesabında saxlanılıb vә dövlәt büdcәsinә qaytarılması tәmin edilmәyib.
Hesablama Palatası tәrәfindәn auditlә müәyyәn olunmuş nöqsan vә çatışmazlıqların aradan qaldırılması ilә bağlı tәdbirlәrin hәyata keçirilmәsi vә qanunvericiliklә müәyyәn edilmiş qaydada Hesablama Palatasına mәlumat verilmәsi mәqsәdilә müvafiq Kollegiya Qәrarının vә Auditor hesabatının surәtinin Azәrbaycan Respublikasının Dövlәt Ehtiyatları Agentliyi göndәrilmәsi; auditin nәticәlәri üzrә aşkar edilmiş aidiyyәti nöqsanlarla әlaqәdar qanunvericiliklә müәyyәn edilmiş sәlahiyyәtlәr çәrçivәsindә zәruri tәdbirlәrin hәyata keçirilmәsi üçün Maliyyә Nazirliyinә, Әmlak Mәsәlәlәri Dövlәt Xidmәtinә vә Dövlәt Vergi Xidmәtinә müvafiq mәktubların göndәrilmәsi; auditin müvafiq nәticәlәri ilә әlaqәdar Azәrbaycan Respublikasının Nazirlәr Kabinetinә mәlumatın tәqdim edilmәsi; Azәrbaycan Respublikasının Milli Mәclisinә auditin nәticәlәri barәdә mәlumatın verilmәsi tәklif edilir.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Yanvar 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri