Icma.az
close
up
RU
Hesablama Palatası: Dövlət borcu üzrə bəzi audit tələbləri icra olunmayıb

Hesablama Palatası: Dövlət borcu üzrə bəzi audit tələbləri icra olunmayıb

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi üzrə dövlət borcunun uçotu və hesabatlılığı ilə bağlı bir sıra məsələlərin icra edilmədiyi müəyyən olunub.

Bakıvaxtı.az bu barədə Hesablama Palatasının hesabatına istinadən xəbər verir.

Auditin nəticələrinə əsasən, hesabat ilinin sonuna borc hesabatlarında əks etdirilən xarici dövlət borcu və xarici dövlət zəmanəti üzrə faktiki qalıqların beynəlxalq maliyyə-kredit qurumları və xarici banklar tərəfindən tam təsdiqlənmədiyi üzə çıxıb. Belə ki, xarici dövlət borcu üzrə qalıqların 1,4 %-i, xarici dövlət zəmanəti üzrə isə 63,3 %-i tam həcmdə üzləşdirilməyib.

Bununla yanaşı, kredit müqavilələri üzrə əsas borc və faiz ödənişlərinin icra edilməsinə baxmayaraq, əsas borc və faiz hesablarında əhəmiyyətli məbləğdə vəsaitin qənaət kimi qalması müəyyən edilib.

Hesablama Palatası borca xidmət xərclərinin proqnozlaşdırılması zamanı kredit müqavilələri üzrə valyutaların ABŞ dollarına nisbətində bazar prinsiplərinin (məzənnə, istinad faizlər) nəzərə alınmasını, dəyişkən faizli kreditlər üzrə isə istinad faiz dərəcələrinin hər kredit üçün vahid yanaşma ilə tətbiq edilməsini tövsiyə edib. Lakin bu istiqamətdə tədbirlər görülməyib.

Auditdə, həmçinin dövriyyədə olan dövlət istiqrazları portfelinin əhəmiyyətli hissəsinin dövlət büdcəsindən birbaşa və ya dolayı yolla vəsait alan hüquqi şəxslərdə cəmləşdiyi qeyd olunub. Bildirilib ki, dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi, mövcud borcların yenidən maliyyələşdirilməsi üçün yeni istiqraz emissiyalarının mövcud daxili bazar şəraitində (likvidliyin aşağı olması, investor şəbəkəsinin məhdudluğu və rəqabətin zəifliyi) tələb olunan vəsaiti tam qarşılamamaq və ya daha yüksək faizlərlə həyata keçirilmək riski mövcuddur.

Bu amillər nəzərə alınaraq, daxili dövlət borclanmasının həcminin dövlət büdcəsinin icra göstəricilərinə uyğunlaşdırılması tövsiyə edilsə də, audit qərarlarının icrası hazırda izlənilmə mərhələsindədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Yanvar 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri