Icma.az
close
up
RU
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi

Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Hesablama Palatası Ağdam, Füzuli və Xocavənd üzrə Bərpa Xidmətində ciddi nöqsanlar aşkarlamışdı.

Gununsesi.info-nun verdiyi məlumata görə, audit nəticələrinə əsasən, 2024-cü ildə ayrılmış məqsədli büdcə vəsaitləri və dövlət əmlakının satışından əldə olunan, lakin istifadə edilməmiş vəsaitlər nəzərə alınmadan 2025-ci il üçün bağlanmış müqavilələr üzrə maliyyələşmənin azaldılması təmin edilməyib.

Bu isə maliyyə planlaşdırmasında uyğunsuzluqlara yol açıb.

Yayılan məlumatlar əsasında Qarabağda aparılan bərpa və tikinti layihələri, iri müqavilələr və maliyyə pozuntuları ilə bağlı səsləndirilən iddialara cavab verilib.

Qurumdan verilən açıqlamada bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bütün tikinti və bərpa işləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, eləcə də qüvvədə olan normativ-texniki sənədlərə uyğun şəkildə icra olunur.

Qeyd edilib ki, layihələrin hazırlanması və icrası zamanı müasir şəhərsalma prinsipləri, memarlıq standartları, təhlükəsizlik normaları, mühəndis-kommunikasiya tələbləri və ekoloji meyarlar əsas götürülür. Tikinti prosesində istifadə olunan materialların keyfiyyət standartlarına cavab verdiyi, bütün işlərin təsdiq edilmiş layihə-smeta sənədləri əsasında aparıldığı və prosesə mütəmadi texniki nəzarətin həyata keçirildiyi vurğulanıb.

Açıqlamada o cümlədən ümumi dəyəri 25,3 milyon manatı keçən üç iri müqavilənin “Platin-M” MMC-yə verilməsi ilə bağlı iddialara da münasibət bildirilib.

Qurum qeyd edib ki, həmin müqavilələr “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun şəkildə, müvafiq satınalma metodları əsasında həyata keçirilib. Şirkətin təcrübəsi, texniki imkanları və peşəkar potensialı nəzərə alınaraq seçim edildiyi, bütün qərarların aidiyyəti dövlət qurumları tərəfindən təsdiqləndiyi bildirilib.

Bundan əlavə, A kateqoriyalı evlərin kvadratmetrinin 150 manat əvəzinə sənədlərdə 350 manat göstərilməsi ilə bağlı yayılan məlumatların da əsassız olduğu qeyd olunub. Bildirilib ki, “A kateqoriyalı ev” anlayışı qanunvericilikdə mövcud deyil və tikinti xərcləri vahid kvadratmetr qiyməti ilə deyil, layihə-smeta sənədləri, texniki göstəricilər və qüsur aktları əsasında müəyyən edilir.

Qurum dövlət büdcəsinə 14 milyon manatdan artıq ziyan vurulması barədə iddiaları da təkzib edib.

Açıqlamada vurğulanıb ki, bütün maliyyə əməliyyatları qanunvericiliyə uyğun aparılır, həm daxili, həm də xarici nəzarət mexanizmləri ilə yoxlanılır və bu barədə səsləndirilən ittihamlar heç bir rəsmi sənəd və audit nəticəsi ilə təsdiqlənmir.

Leysan Məmmədovun əvvəlki fəaliyyəti ilə bağlı Hesablama Palatasının audit hesabatlarında pozuntular olması barədə iddialara münasibət bildirən qurum bu məlumatların da həqiqəti əks etdirmədiyini bəyan edib.

Açıqlamada onun fəaliyyətinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyi, 2010-cu ildə “Əməkdar mühəndis” fəxri adına, 2014-cü ildə isə “Tərəqqi” medalına layiq görüldüyü xatırladılıb.

Qurum yekunda bildirib ki, səsləndirilən bütün ittihamlar rəsmi sənədlərlə təsdiqlənmir və ictimaiyyətdə yanlış rəy formalaşdırmağa xidmət edir.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 May 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri