Icma.az
close
up
RU
Hesablama Palatası satınalma xərclərini 5 % azaldıb

Hesablama Palatası satınalma xərclərini 5 % azaldıb

Icma.az bildirir, Report.az portalına istinadən.

2024-cü ildə Hesablama Palatası “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq ümumi məbləği 399,2 min manat olan 24 müqavilə bağlayıb.

"Report" Palataya istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 5 % az və 84,6 % çoxdur.

Məlumata görə, ötən il bağlanılmış müqavilələrin 379,5 min manat məbləğində 23-ü açıq tender, 19,7 min manat məbləğində 1-i isə kotirovka sorğusu tətbiq edilməklə çərçivə sazişi formasında bağlanılıb.

Hesabat dövründə 260,7 min manat məbləğində 16 müqavilədə rəqabətli satınalma metodları tətbiq edilib. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 8,1 % az və 2 dəfə çoxdur.

2024-cü ildə satınalmaların 83,3 %-i ilin I yarısında, 16,7 %-i ilin II yarısında həyata keçirilib. Bu nisbətlər 2023-cü ildə müvafiq olaraq 75 % və 25 % təşkil edib.

Məbləğ olaraq isə satınalmalarda I yarımilin payı 58 %-dən 82,4 %-ə çatıb, II yarımilin payı isə 42 %-dən 17,6 %-ə düşüb.

Bu hesabat ilində də rəqabətli metodlar tətbiq olunmaqla keçirilmiş bütün satınalmalar elektron formada olub ki, bunu da İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) yaxşı göstərici hesab edir.

Ötən il bağlanılmış satınalma müqavilələri üzrə ümumilikdə 321,9 min manatlıq icra həyata keçirilib ki, bu da müqavilə məbləğinin 80,6 %-nə bərabərdir. Əvvəlki il bağlanılmış satınalma müqavilələri üzrə ümumilikdə 395,8 min manat (müqavilə məbləğinin 94,2 %-i) icra edilib.

2024-cü ildə qanunvericiliklə nəzərdə tutulmuş satınalma metodları tətbiq edilməklə bağlanılmış satınalma müqavilələri üzrə ümumilikdə ehtimal olunan qiymətə nisbətən 44,1 min manat vəsaitə qənaət edilib. Satınalmalarda orta qənaətlilik ehtimal olunan qiymətə münasibətdə 2,9 min manat olub ki, bu da 2023-cü illə müqayisədə 54,7 % azdır.

Ötən il ayrı-ayrı müqavilələr üzrə qənaətin ehtimal olunan qiymətə nisbəti 0,2-35,5 % arasında dəyişib (əvvəlki il 1,6-30,6 %).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://report.az
archiveBu xəbər 04 Fevral 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri