Icma.az
close
up
RU
Hesablama Palatası sədrinin milyonçu qayınatas KONKRET

Hesablama Palatası sədrinin milyonçu qayınatas KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun qayınatası, Azərbaycanda məşhur milyonçu Əbülfəz Babayevin 2 milyon 500 min manatını ələ keçiriblər.

KONKRET.AZ savashmedia.az-a iatinadən xəbər verir ki, pullar milyonçu qayınatadan Hollivud kinosunu xatırladan dələduzluq sxemi üzrə alınıb.

Adi bir makler Əliyar Abbasov bir xanım tanışı və digər 5 nəfərlə birgə kinolardakı qibtə olunası fırıldaqçılar kimi, bir neçə il ərzində Əbülfəz Babayevi “zəngin gələcək” nağılı ilə ovsunlayıb.

Plan isə sadə olub – Əbülfəz Babayevi əvvəlcə Bakıda bir binanın satış hekayəsinə inandırıb. Sonra atasını ona böyük tikinti layihələrinin əfsanəvi təsisçisi kimi təqdim etməklə “Hacı Kamal” kimi tanıdıb. Bundan sonra birgə yaşadığı qadın Xəyalə Hüseynovanı Türkiyədə iş aparan vəkil “Bahar xanım”, Bakıdakı tanışlarını isə “İstanbul şirkətləri”nin Bakıdakı nümayəndələri kimi təqdim edib və böyük pul qoparma əməliyyatını uğurla gerçəkləşdirməyi bacarıb!

Əliyar Abbasov və dəstəsi milyonçu Əbülfəz Babayevi bu minvalla inanılmaz bir xəyal dünyasına salıb – İstanbulda 1000 kvadratmetr mağazası olacaq, üstəlik, 450 kvadratmetrlik mənzil ixtiyarına veriləcək. Hələ Türkiyədə tikinti işlərinin “ikinci mərhələsi”nin planlaşdırılması kimi xəyala da inandırmağı bacarıblar.

Əbülfəz Babayev də əlində “gələcək zənginlik” xəritəsi ilə bir ucdan milyonlarını Əliyar Abbasova ötürüb. Xəyal dünyasının mərkəzinə sürükləndiyini anlayanda gec olub – sərvətindən 2 milyon 500 min manat qoparılıb!

İndi isə Əbülfəz Babayev əli yarıboş cibində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən 7 nəfərlik dəstənin cinayət işini izləməkdədir.

Musavat.com xəbər verir ki, müttəhimlər kürsüsünə çıxarılan şəxslər bunlardır – Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynova.

Onlar Cinayət Məcəlləsinin 3 maddəsi – külli miqdarda dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və qanunsuz olaraq silah gəzdirmədə ittiham olunurlar.

Prosesdə Sevinc Abbasova şahid qismində dindirilib.

Deyib ki, müttəhimlərdən Əliyar Abbasov onun həyat yoldaşı, Ümid Abbasov isə qaynıdır.

Məlum olub ki, şahid Sevinc Abbasova ilə qaynı Ümid Abbasov arasında insident yaşanıb və o, bu barədə polisə məlumat verib.

Vəkillərin bununla bağlı sualına şahidin cavabı proses iştirakçılarında təəccüb doğurub.

O, qaynı barədə polisə şikayət verməsinə zərərçəkən Əbülfəz Babayev tərəfindən təhrik edildiyini açıqlayıb.

Sevinc Abbasovanın sözlərindən bəlli olub ki, həyat yoldaşının bir-birindən bahalı maşınlar alması onda müəyyən şübhələr doğurub. Ona görə də Əbülfəz Babayevlə əlaqə saxlayıb, pulun mənbəyini öyrənməyə çalışıb.

Onun sözlərinə görə, Əbülfəz Babayevlə Sumqayıtdakı kafelərdən birində görüşüb. Görüş zamanı Əbülfəz Babayevin yanında vəkili də olub. Sonradan bilib ki, həmin şəxs vəkil deyil, müstəntiqdir. Söhbət əsnasında Əbülfəz Babayev onunla qaynı arasında insident olmasından xəbər tutub və DİN-in “102” xidmətinə şikayət etməsinə təhrik edib.

Bundan sonra Əbülfəz Babayevin vəkili şahidə mülkləri ilə bağlı suallar verib. Bu isə Əliyar Abbasovu özündən çıxarıb. O, vəkili təhqir və təhdid edib.

Hakim onun zaldan çıxarılmasına göstəriş verib.

Şahidin məhkəmədəki ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadədə ziddiyyətli məqamlar olub. Buna görə də prosesdə ibtidai istintaqa verdiyi ifadə elan olunub.

Məlum olub ki, Sevinc Abbasova ibtidai istintaq zamanı həyat yoldaşının əleyhinə ifadə verib. “TikTok” sosial şəbəkəsindən Əliyar Abbasovun hazırda müttəhim statusunda olan Xəyalə Hüseynova ilə münasibətdə olduğundan, onunla evləndiyindən xəbər tutub. Şahid həyat yoldaşının əvvəllər sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın qohumlarından biri ilə evli olduğunu da açıqlayıb.

Sevinc Abbasova məhkəmədə deyib ki, ibtidai istintaqa verdiyi ifadələri oxumadan imzalayıb, hazır sənədlərə imza atıb.

Şahidin dindirilməsi sona çatandan sonra müttəhimlər Xəyalə Hüseynova, Ümid Abbasov və Məhərrəm İbrahimlinin vəkilləri müvəkkilləri barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlərlə çıxış ediblər. Vəsatətlər təmin olunmayıb.

İş üzrə zərərçəkən Əbülfəz Babayev “Olympus” Şirkətlər Qrupunun rəhbəridir.

İttihama görə, müttəhimlər Əbülfəz Babayevin 2 milyon 500 min manatını dələduzluq yolu ilə ələ keçiriblər. Dəstə üzvləri 2018-ci ilin yayından etibarən Əbülfəz Babayevin xüsusilə külli miqdarda pulunu ələ keçiriblər. 2022-ci ilin əvvəllərindən Əliyar Abbasov, onun qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Xəyalə Hüseynova, bacısının əri Ramal Əzimov, tanışları Asiman Əzimov və Pərvin Zeynallı ilə qabaqcadan əlbir olan bir dəstə təşkil ediblər.

Belə ki, Əliyar Abbasov makler olub. 2018-ci ilin əvvəllərində Əbülfəz Babayevlə tanış olduqdan sonra onun perspektivli əmlak almaq niyyətində olduğunu öyrənib. Həmin ilin yay aylarında Fəqan Eyvazova məxsus Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən, ARB televiziya şirkətinin ofisinin olduğu 5 mərtəbədən ibarət qeyri-yaşayış sahəsinin satıldığını öyrənib və bu barədə Əbülfəz Babayevə məlumat verib. Binanın 3 milyon 500 min manata satıldığını deməklə ondan 100 min manat beh alıb. Bir müddət sonra Əbülfəz Babayev araşdırıb ki, həmin bina bankda girovdadır. Bu barədə Əliyar Abbasovdan soruşduqda sonuncu bildirib ki, ondan aldığı beh ilə binanı bankdan girovluqdan çıxaracaq və onun mülkiyyətinə veriləcək.

Bir müddət sonra isə əmlakın sənədlərinin hazırlanması üçün uzun müddət tələb olunduğunu deməklə Əbülfəz Babayevi alqı-satqının baş tutacağına inandırıb. 2019-cu ilin əvvəllərində Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun adına parkda Əbülfəz Babayevlə növbəti görüşündə guya atası Allahyar Abbasovun özündən uydurduğu “Hacı Kamal” adlı şəxsə 3 milyon 900 min manat pul verib şərikli formada Türkiyə Respublikasının İstanbul şəhəri, Bahçeli evlər, yeni Bosna Mərkəzi, Kavak SK-27 ünvanında çoxmərtəbəli yaşayış kompleksinin tikintisinə başladığını, atası sağ olduğu halda, guya 2018-ci ilin payız aylarında vəfat etdiyi üçün işlərin yarımçıq qaldığını bildirib.

Bununla kifayətlənməyən Əliyar Abbasov Əbülfəz Babayevdən beh kimi aldığı 100 min manat və gələcəkdə verilən əlavə pulun qarşılığında İstanbulda tikilən çoxmərtəbəli yaşayış kompleksindən – 1000 kvadratmetr qeyri-yaşayış və 450 kvadratmetr yaşayış sahəsini sonuncunun adına rəsmiləşdirəcəyini vəd edib.

Bundan başqa, həmin yerin yaxınlığında yerləşən digər torpaq sahəsində şərikli formada çoxmərtəbəli yaşayış binasını tikmək adı ilə şirnikləndirib. Bundan sonra, 2019-cu ilin əvvəllərindən başlayaraq Əliyar Abbasov Əbülfəz Babayevi İstanbulda tikintinin aparılmasına inandırmaq, ondan hər hansı bir şübhə qalmaması üçün yaxın ətrafını da ona müxtəlif vəzifəli şəxslər kimi təqdim edib. Bacısının əri, əvvəllər məhkum olunmuş Ramal Əzimovun mərhum atası Hacı Kamalın şəriki olduğunu deyib. Ramal Əzimovun İstanbul şəhərində tikdirdiyi çoxmərtəbəli yaşayış kompleksinin nizamnamə kapitalı üzrə 50 faiz hissəsinin sahibi olduğunu bildirib.

Orta təhsilli, heç bir fəaliyyətlə məşğul olmayan Xəyalə Hüseynovanı isə Əbülfəz Babayevə vəkil Bahar xanım kimi təqdim etməklə onun İstanbul şəhərində vəkillik fəaliyyəti ilə məşğul olduğunu deyib. Əlavə edib ki, Bahar xanım hüquqi məsələlərdə onlara kömək göstərir. Tanışı Asiman Əzimovu da uydurma adla – Kərbəlayi Asiman kimi Əbülfəz Babayevə Türkiyə-Azərbaycan arasında pul mübadiləsi ilə məşğul olan şirkətin rəhbəri kimi, Pərvin Zeynallı və Məhərrəm İbrahimlini isə Asiman Əzimova məxsus şirkətin işçiləri və daimi Bakı şəhərində yaşamaqla sonuncunun göstərişlərini icra edən şəxslər olduqlarını deyib. Bu işlərin görülməsi üçün sonuncu tərəfindən göndərilən pulların həmin şəxslərin vasitəsi ilə sərfəli şərtlərlə, yəni az faiz və qısa müddətdə Azərbaycandan Türkiyəyə nağd formada çatdırılması görüntüsü yaradıb.

Əliyar Abbasov Əbülfəz Babayevdən böyük pullar qoparmaq üçün çoxşaxəli addımlar atıb. Yaşadığı Xəyalə Hüseynova ilə birgə müxtəlif tarixlərdə İstanbul şəhərinə yollanıb. Orada müxtəlif ünvanlarda yerləşən tikinti sahələrindən foto və videolar çəkib, xarici telefon operatorlarına məxsus mobil nömrələrin vatsap proqramı üzərindən Əbülfəz Babayevə göndərib. Videolarda, fotolarda İstanbulda tikinti prosesi əks olunub. Beləliklə, Əbülfəz Babayev İstanbul şəhərində tikinti aparmaqda fayda olduğuna əmin olub. Əliyar Abbasova İstanbulda torpaq sahəsinin alınması üçün ümumilikdə 2 milyon 550 min 150 manat pul verib.

Əliyar Abbasov Əbülfəz Babayevdən aldığı pullarla özünün və yaxın qohum-tanışlarının adlarına çoxsaylı daşınar və danışmaz əmlaklar alıb.

Həmin əmlakların siyahısı belədir:

– Qəbələ rayonu, Nic kəndində 4 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası və iri buynuzlu heyvan ferması,

– Binəqədi qəsəbəsi, 3-cü Mədən, Korpus 111, 24 nömrəli həyət evi,

– Binəqədi rayonu, 9-cu mikrarayon, Adil Məmmədov küçəsi, bina 56, 1 nömrəli mənzil,

– Bərdə rayonu, Gərənə və Divanlı kəndlərində bir neçə hektar torpaq sahəsi,

“BMW” markalı, Az 10 ZZ 016 dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı, Az 10 XX 016 dövlət qeydiyyat nişanlı, “Ford” markalı, Az 41 ZZ 041 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, Az 77 EY 777 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, Az 99 AS 203 dövlət qeydiyyat nişanlı, Az 10-NX-016, Az 10-LG-016 dövlət qeydiyyat nişanlı avtomobillər alıb.

Əliyar Abbasov Əbülfəz Babayevdən aldığı pullarla bacısı Arzu Əzimovaya 2 mərtəbəli yaşayış evi tikib.

Qeyd edək ki, Əbülfəz Babayev “Olympus” şirkətlər qrupunun təsisçisi, Bakı-Şamaxı yolunda “Lukoyl” yanacaqdoldurma məntəqəsinin sahibidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Noyabr 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri