Icma.az
close
up
RU
Hesablama Palatası: Subsidiyalara baxmayaraq, ölkənin buğda ilə özünü təmin etməsi azalıb

Hesablama Palatası: Subsidiyalara baxmayaraq, ölkənin buğda ilə özünü təmin etməsi azalıb

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

"Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 19.07.2022-ci il tarixli Fərmanında ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətinə məhsul subsidiyasının tətbiq edilməsi müəyyən olunmuşdur. Lakin Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ildə respublikaya 1 milyon 292 min ton miqdarında buğda idxal edilmiş, buğda üzrə özünütəminetmə səviyyəsi 56,1% olmaqla 2023-cü ilə nisbətən 4,3% bəndi az olub.

“APA-Economics” bu barədə Hesablama Palatasının 2025-ci il üzrə "Dövlət auditi" jurnalına istinadən xəbər verir.

Qeyd edilib ki, Dövlət büdcəsindən 2014-2024-cü illər ərzində Kənd Təsərrüfatı Nazirliyinə ümumilikdə 21493,4 min manat məbləğində vəsaitlərin ayrılmasına və 2025-ci ilin dövlət büdcəsində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) təkmilləşdirilməsi üçün 1500,0 min manat məbləğində vəsait nəzərdə tutulmasına baxmayaraq EKTİS tam formalaşdırılmamış, təqdim olunmuş EKTİS bazasında nəticəliliyin qiymətləndirilməsi üçün vacib olan faktiki məhsuldarlıq göstəriciləri mövcud olmamış, müvafiq dövlət qurumlarının informasiya bazası ilə inteqrasiyası və ya zəruri məlumatların əldə olunması tam təmin edilməmiş və EKTİS-in təkmilləşdirilməsinə ehtiyac olduğu müəyyən edilməyib.

2026-cı ilin dövlət büdcəsi layihəsində müvafiq bölmənin xərcləri 1222,1 mln. manat proqnozlaşdırılmış, cari ilin proqnozuna nisbətən 18,3 mln. manat artacağı nəzərdə tutulmuşdur. Bölmə üzrə 1 köməkçi bölmədə artım əməyin ödənişi ilə bağlı bölüşdürülməmiş (bloklanmış) xərc istiqaməti ilə bağlı olmuş, digər bütün köməkçi bölmələrdə azalma izlənmişdir. Kənd Təsərrüfatı Nazirliyinin “Kənd təsərrüfatı” bölməsi üzrə 2026-2029-cu illəri əhatə edən ortamüddətli büdcə planı 2026-cı il üzrə 588,4 mln. manatı əhatə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 Fevral 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri