Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

Qalatasaray və Fənərbaxça dan Real ın ulduzuna təklif

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

Putinlə Mişustinin maaşı artdı

Yollar yenə tıxaclıdır Siyahı

Yol vergisi alınacaq AÇIQLAMA

Ərdoğan Makronla görüşdü

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

AYNA DAN UNİKAL YENİLİK: AVTOBUSLARDA SƏRNİŞİNLƏRƏ ÇAY, KOFE VƏ QURU YEMƏKLƏR TƏKLİF EDİLƏCƏK!

Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? GƏLİŞMƏ

Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? GƏLİŞMƏ

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət Turizm Agentliyi yenidən medianın diqqətinə düşünüb. Buna səbəb Turizm Agentliyinin Avropa ölkələrində təbliğat xidmətlərinin satınalınması layihəsi üzrə tenderdir.

Dövlət Turizm Agentliyi tərəfindən 28 aprel-1 may 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək "ATM Dubai 2025" turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması üzrə 10.03.2025-ci ildə başlanılmış açıq tenderə yekun vurulub və "BÜROMAX" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə satınalma müqaviləsi bağlanıb. Məlumat satınalmaların vahid internet portalında 24.04.2025-ci il tarixdə dərc edilib. Bundan sonra bəlli olub ki, Dövlət Turizm Agentliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçıların təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var. Dövlət Turizm Agentliyi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “BÜROMAX” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir. Xəbəri Aktualinfo.org yayıb. Bu isə öz növbəsində keçirilmiş açıq tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradıb.

Tribunainfo.az isə xəbər verib ki, Turizm Agentliyi Avropa ölkələrində təbliğat xidmətlərinin satınalınması layihəsini həyata keçirə bilməyəcək. Buna səbəb tenderin ləğv olunmasıdır. Sayt dəqiqləşdirməsə də, böyük ehtimalla söhbət məhz yuxarıda bəhs edilən tenderdən gedir. Qeyd olunur ki, agentlik Avropanın bir çox ölkələrində turizm təbliği məqsədilə yol şouları təşkil etmək niyyətində olub. 873 min 931 min manatlıq layihəyə əsasən həmin şoular İtaliya, Polşa, Çexiya, Almaniya, Avstriya və İsveçrədə reallaşdırılmalı idi. “Sözügedən dövlət qurumu son zamanlar Azərbaycanda turizmin təşviqi istiqamətində bir sıra bahalı layihələr həyata keçirib. Ötən il bu məqsədlə bir neçə milyon manat xərclənsə də, ölkəyə gələn turistlərin sayında elə də ciddi dəyişiklik olmayıb".

Bəzi ekspertlər hesab edirlər ki, Turizm Agentliyinin ciddi layihələrinin olmasına baxmayaraq, strategiyası yanlışdır. Onlar hesab edirlər ki, xaricdə Azərbaycanı turizm sahəsində bu şəkildə təbliğ etmək effekt vermir, üstəlik, bu işlərin bahalı olduğunu və həddindən artıq çox pul xərcləndiyini də qeyd edirlər. Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 4 mart 2025-ci ildə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilmişdi. Bundan sonra mediada Fuad Nağıyevə şiddətli töhmət verilməsinin onun rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlı olması xəbərləri də yayıldı. Daha sonra Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov xaricdə təşkil olunan tədbirlərə dövlət tərəfindən ayrılan pullarla Turizm Agentliyinin məmurlarının səyahət etməsi barədə açıqlamalar verdi.

Ötən ay Hesablama Palatasının Dövlət Turizm Agentliyində yoxlamalar apardığı barədə rəsmi xəbər də yayılmışdı. “APA-Economics”in əldə etdiyi məlumata görə, artıq bir neçə müddətdir yoxlamalara başlanılıb. Hesablama Palatasından da “APA-Economics”in sorğusuna cavab olaraq məlumat təsdiqlənib. Bildirilib ki, Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.

Yoxlamalarla tenderlərdə mənimsəmələr təsdiqlənərsə, ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənmədiyi üzə çıxarsa, hansı hüquqi addımlar atılmalıdır?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, əgər audit nəticəsində dövlət vəsaitlərinin düzgün xərclənmədiyi və ya tenderlərdə mənimsəmə hallarının olduğu təsdiqlənərsə, bu, həm hüquqi, həm də ictimai baxımdan çox ciddi nəticələr doğura bilər: “Bu cür vəziyyətlərdə atılacaq hüquqi addımlar yalnız cinayət təqibi ilə məhdudlaşmır. Tenderlər keçirilərkən şəffaflıq və hesabatlılıq prinsiplərinə riayət olunmalıdır. Bu məsələ ilə bağlı tenderlərdə qanunsuzluqlar təsdiq olunarsa, agentliyin məsul vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb oluna bilərlər”.

Hüquqşünas dedi ki, mənimsəmə və ya israfetmə halları açıq şəkildə hüquqi təqibə səbəb olur: “Bu, xüsusilə vəzifə səlahiyyətlərini aşan şəxslərin dövlət vəsaitlərini öz şəxsi məqsədləri üçün istifadə etməsi hallarında mümkündür. Yaxud tenderdə iştirak edən təchizatçı şirkətlərin qalib gəlməsi üçün saxtakarlıq edilməsi də ciddi hüquqi nəticələrə yol açar. Bu tip halların üzə çıxması yalnız hüquqi addımlarla yekunlaşmır, həm də ictimaiyyətin düzgün məlumatlandırılmasına və nəticələrin şəffaf şəkildə açıqlanmasına ehtiyac var. Bu halların necə baş verdiyi açıq şəkildə bəyan edilməlidir. Bu növ korrupsiya və mənimsəmə hallarından sonra dövlət vəsaitlərinin geri qaytarılması üçün mülki məsuliyyət də önə çıxacaq. Hesablama Palatası tərəfindən həyata keçirilən yoxlamalar nəticəsində aşkarlanan hər hansı bir qanunsuz hərəkət, təqsirkar şəxslərin cəzalandırılmasına səbəb olacaq və maddi zərər ödənilməlidir”.

Natiq Ələsgərov deyib ki, korrupsiya faktlarının ictimaiyyətə açıqlanması vacibdir və bu, həm də dövlətin idarəçiliyinə olan inamı bərpa etmək məqsədini güdür: “Bu səbəbdən, media və qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilən tənqidi araşdırmalar, dövlətin bu məsələni həll etmək istiqamətində atdığı addımları diqqətlə izləyən və bu məsələdə şəffaflıq tələb edən bir cəmiyyətə ehtiyac var. Dövlət Turizm Agentliyində baş verən bu tip halların üzə çıxması yalnız idarəetmə və hüquq pozuntuları ilə bağlı deyil. Dövlət büdcəsindən ayrılan, lakin təyinatı üzrə xərclənməyən vəsaitlər ümumilikdə xalqın rifahında özünü göstərir. Belə saxtakarlıq halları korrupsiyanı gücləndirir və bu da ölkənin inkişafına mənfi təsir göstərir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 May 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see220

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see186

Qalatasaray və Fənərbaxça dan Real ın ulduzuna təklif

24 Sentyabr 2025 15:46see165

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see159

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see151

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see141

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see138

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see132

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see131

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see130

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see126

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see125

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

24 Sentyabr 2025 18:36see120

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see119

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see119

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see118

Ərdoğan Makronla görüşdü

24 Sentyabr 2025 22:00see117

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see117

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see116

AYNA DAN UNİKAL YENİLİK: AVTOBUSLARDA SƏRNİŞİNLƏRƏ ÇAY, KOFE VƏ QURU YEMƏKLƏR TƏKLİF EDİLƏCƏK!

24 Sentyabr 2025 09:14see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri