Hesablama Palatasının auditoru INTOSAI Peşəkar Bəyanatlar Forumuna (FIPP) üzv seçilib
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Misirin Qahirə şəhərində keçirilmiş INTOSAI-ın İdarə Heyətinin 78-ci toplantısında Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Peşəkar Bəyanatlar Forumuna (FIPP – Forum for INTOSAI Professional Pronouncements) 3 yeni namizədin, o cümlədən Azərbaycan Respublikasi Hesablama Palatasının auditoru Hilal Hüseynovun üzvlüyü təsdiq olunub.
Newscenter.az Azərbaycan Respublikası Hesablama Palatasına istinadən xəbər verir ki, FIPP INTOSAI-ın standartlar çərçivəsinin qurulması və inkişaf etdirilməsi üzrə beynəlxalq ekspert qrupu olmaqla 2016-cı ildə XXII INTOSAI Konqresində daimi INTOSAI orqanı kimi yaradılıb.
FIPP dövlət sektoru üzrə audit standarlarının yaradılması ilə bağlı fəaliyyətində IFAC, IPSASB və IAASB kimi beynəlxalq təşkilatlar ilə fəal əməkdaşlıq edir, həmçinin INTOSAI-ın bütün alt qurumları tərəfindən müvafiq audit prinsiplər, standartlar və təlimatların yaradılması, təkmilləşdirilməsi və ləğvi ilə bağlı həyata keçirilən fəaliyyətləri koordinasiya edir.
FIPP üzvləri INTOSAI-ın Peşəkar Standartlar Komitəsi, Bacarıqların Artırılması Komitəsi və Biliklərin Paylaşılması Komitəsi tərəfindən 3 illik müddət üçün seçilir. FIPP onun sədri daxil olmaqla minimum 10 və maksimum 16 üzvdən ibarətdir.
FIPP üzvlərinin müxtəlif mərhələlərdən ibarət seçimində auditin əsas növləri (maliyyə, performans və uyğunluq) üzrə geniş təcrübə, IFPP (INTOSAI-ın standartları çərçivəsi) ilə tanış olma, milli və ya beynəlxalq səviyyədə standartların qurulmasında iştirak, auditin digər növləri (İT auditi, ekoloji audit və s.) üzrə təcrübə, audit metodologiyasının hazırlanması, auditlər üzrə rəhbərlik, beynəlxalq əməkdaşlıq, bacarıqların inkişafı, dövlət sektoru auditi üzrə təhsil və təlim, bacarıqlar çərçivəsinin/sertifikasiya proseslərinin inkişafı layihələri və s. kimi məsələlər nəzərə alınıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Hesablama Palatasının nümayəndə heyəti INTOSAI ın XXV Konqresində iştirak edir
29 Oktyabr 2025 16:46
INTOSAI: Biz Azərbaycan Hesablama Palatasının strateji idarəçiliyə verdiyi önəmi görməkdən məmnunuq MÜSAHİBƏ
18 Avqust 2025 19:18
Hesablama Palatasının auditoru Hindistanda beynəlxalq forumda iştirak edib
12 May 2025 22:52
Hesablama Palatasının sədri təkliflər verdi
21 Noyabr 2024 12:35
Sədrdən Hesablama Palatasının iradlarına münasibət
28 Oktyabr 2025 17:02
Baxış sayı:128
Bu xəbər 08 Noyabr 2024 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















