Hesablama Palatasının hesabatı Milli Məclisə təqdim edildi
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.
Platadan Globalinfo.az-a verilən xəbərə görə, kollegiya iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı” müzakirə olunub.
Bildirilib ki, Hesabatda Hesablama Palatasının Strateji Planına uyğun olaraq 2024-cü il üzrə planlaşdırılmış və icra edilmiş fəaliyyətlər müvafiq büdcə və nəticə göstəriciləri qeyd olunmaqla əks etdirilib, həmçinin burada nəzarət tədbirləri barədə icmal-statistik məlumatlar təqdim olunub.
Eyni zamanda, Hesabatda Hesablama Palatasının fəaliyyətinin, o cümlədən audit təsirinin (audit impact) ölçülməsi və fəaliyyətinin digər istiqamətlərdə təşkili barədə məlumatlar verilib.
Müzakirələrin yekununda Kollegiya üzvləri hesabatın təsdiq edilməsi və Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunması barədə qərar qəbul ediblər.
Daha sonra Hesablama Palatasının fəaliyyəti ilə bağlı cari məsələlərə baxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 02 Aprel 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















