Hesablama Palatasının iclası keçirildi Yeni qərarlar
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Respublikası Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən iclasda məlumat verilib.
İlcasda həmçinin Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Milli Məclisin deputatı Samir Vəliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmə rəhbərləri iştirak ediblər.
Kollegiya iclasında auditor Vəfa Mütəllimova tərəfindən təqdim edilən “Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyətinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub. Hesabatın təqdimatı çərçivəsində Səmərəlilik auditi şöbəsinin əməkdaşları tərəfindən auditin əhatə etdiyi predmetlər üzrə əsas nəticələrə və müəyyən edilmiş nöqsanlara dair təqdimat edilib. Müzakirələr zamanı Milli Məclisin deputatları tərəfindən auditin nəticələri ilə bağlı bir sıra fikirlər səsləndirilib, təkliflər irəli sürülüb.
Çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd edib.
Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:229
Bu xəbər 29 İyun 2026 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















