Icma.az
close
up
RU
Hesablama Palatasının yoxlamaları artıq NƏTİCƏ VERİR

Hesablama Palatasının yoxlamaları artıq NƏTİCƏ VERİR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hesablama Palatası vaxtaşırı dövlət qurumlarında yoxlama (nəzarət tədbiri) aparır. Yoxlamalar zamanı aşkarlanan nöqsanlar barədə ictimaiyyətə məlumat verilir. 

Bir müddət əvvəl Hesablama Azərbaycan Minatəmizləmə Agentliyində (ANAMA) də yoxlama aparıb. Məlumatın açıqlamanmasından sonra qurumun İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov vəzifəsindən azad edilib. Onun qurumdakı yoxlamalarla əlaqədar işdən çıxarıldığı bildirilir.

Qeyd edək ki, bundan əvvəl də Palatanın aşkarladığı nöqsanlar barədə prokurorluğa müraciətlər edilib, cinayət işi açılıb.

Modern.az-a açıqlamasında sabiq deputat, iqtisadçı Vahid Əhmədov bildirib ki, Hesablama Palatasının apardığı yoxlamaların effektivliyi barədə Milli Məclisdə həmişə müzakirələr aparılır.

"Palatada kifayət qədər təcrübəli auditorlar var. O cümlədən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov kifayət qədər təcrübəli mütəxəssisdir. Qurumda ciddi kadr problemi yoxdur. Düzdür iş çoxdur, çünki faktiki olaraq dövlət büdcəsinə nəzarət edən bir orqandır.  Amma aparılan  yoxlamalar effektli olur, yoxlamaların nəticələri bəzən hüquq-mühafizə orqanlarına göndərilir. Elə vaxt da olur ki, yerindəcə cərimələri ödəyirlər. Son vaxtlar əlbəttə,  effektivlik artır. Ümumiyyətlə, Azərbaycanda bu sistem müəyyən qədər dəyişdi. Kimliyindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, hamı qanun qarşısında eyni olmalıdır. Sən dövlət orqanına rəhbərlik edirsənsə, orada baş verən məsələlərə cavabdehsən.  Bunu nəzərə almaq lazımdır. Hesablama Palatasının ANAMA-dakı yoxlamalarının nəticəsi oldu. Bundan qabaq işaldan azad olunmuş ərazilərdə ciddi yoxlamalar getdi  və problemlər üzə çıxdı.  Bu gün bizdə büdcəyə nəzarət mexanizminin həyata keçirilməsi çox önəmli məsələlərdən biridir. Çünki vəsait ayrılıb. O vəsait düzgün xərclənib istifadə edilmir. Korrupsiya halları baş verir. Bu barədə cənab Prezident dəfələrlə deyib. Bunun qarşısını almaq üçün ciddi qərarlar verilməlidir.Hər kəs qanun qarşısında eynidir və eyni də cavab verməlidir”. 

V.Əhmədov bildirib ki, son kadr dəyişikilikləri - Anar Əliyevin əmək və əhalinin sosial müdafiəsi naziri, Sahil Babayevin maliyyə naziri təyin edilməsi, dünyada gedən proseslər, son vaxtlar Azərbaycan-Rusiya münasibətlərindəki gərginlik və sair hadisələr Azərbaycanda ictimai-siyasi, iqtisadi həyata təsir edir:

"Ona görə də biz büdcənin xərc hissəsinə diqqəti daha da artırmalıyıq.  Xərclər effektiv olmalıdır. Yoxsa ayrılan vəsait lazımi yerə xərclənmədisə, onun effekti olmadısa, o nəyə lazımdır? Hesablama Palatası son vaxtlar bununla əlaqədar ciddi işlər aparır. İndi Maliyyə Nazirliyi ilə ikitərəfli planlar da hazırlayacaqlar. Çünki Azərbaycanda nə qədər korrupsiyaya qarşı mübarizə aparılsa da, xüsusi komissiya müəyyən işlər görsə də, korrupsiya fakt olaraq qalır. Bunun qarşısını almaq üçün Hesablama Palatası daha ciddi tədbirlərə  əl atmalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Fevral 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri