Icma.az
close
up
RU
Hesablarımı ödəyə bilmirəm, pulum yoxdur Trampın şəxsi vəkili

Hesablarımı ödəyə bilmirəm, pulum yoxdur Trampın şəxsi vəkili

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın keçmiş Nyu-York meri və sabiq prezident Donald Trampın şəxsi vəkili Rudi Culiani (Rudy Giuliani) çərşənbə axşamı Manhettendə keçirilən məhkəmə iclasında gərgin anlar yaşayıb.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, məhkəmə onun əmlakın təhvil verilməsi məsələsində ləng davrandığını iddia edərək, Culianiyə təzyiq göstərib.  

Culiani, 2020-ci il prezident seçkiləri zamanı Corciya ştatında seçkiyə məsul iki məmuru saxtakarlıqda ittiham etmiş, məhkəmə isə onu yalan iddialar yaymaqda təqsirli bilmişdi. Məhkəmə Culianinin bu məmurlara 148 milyon dollar dəyərində təzminat ödəməsi haqqında qərar vermişdi. İndi isə məhkəmə Culianidən bu məbləği ödəniş cədvəlinə uyğun qaydada ödəməsini tələb edir, amma o ödəmələri tez-tez gecikdirir.

Noyabr ayında məhkəmə Culianidən qiymətli bir "Mercedes" avtomobilini və ona babasından yadigar qalmış saatı təhvil verməsini tələb edib. Lakin Culiani sənədlərin hazırlanmasında çətinlik çəkdiyini və maliyyə vəziyyətinin ağır olduğunu bildirib.  

Son iclas zamanı hakim bu gecikmənin səbəbini soruşarkən Culiani səsini yüksəldərək bildirib: "Sizin mənim səhlənkar olduğumu düşünməyiniz səhvdir. Mənim avtomobilim yoxdur, kredit kartım yoxdur, pulum yoxdur. Mən hesablarımı ödəyə bilmirəm".  

Hakim onun emosional reaksiyasına cavab olaraq, Culianiyə öz fikirlərini yalnız and içmiş şəxs olaraq bildirməyi və hüquqi məsələlərin həllini vəkilinə həvalə etməyi tövsiyə edib.  

Hakim Culianinin vəkilinə müraciət edərək qəti şəkildə vurğulayıb:  "Müvəkkiliniz üçün hazırda məhkəmənin qərarlarını yerinə yetirməkdən daha vacib bir məsələ olmamalıdır."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Noyabr 2024 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri