Icma.az
close
up
RU
Həsən Bəy Zərdabi kimdir? Bu günümüzdə imzası olan əfsanə

Həsən Bəy Zərdabi kimdir? Bu günümüzdə imzası olan əfsanə

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Azərbaycanda hər il 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Bu tarix 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan, ilk anadilli mətbu orqanımız olan "Əkinçi" qəzetinin ilk nömrəsinin çapdan çıxdığı gündür.

Lent.az Bioqrafiya rubrikasında Həsən bəy Zərdabi haqqında məlumatları təqdim edir. 

-Həsən bəy Zərdabi kimdir?

Həsən bəy Səlim bəy oğlu Məlikov Azərbaycan publisisti, pedaqoq, maarifçi-demokrat, təbiətşünas və darvinist alim, "Əkinçi" qəzetinin redaktoru və Azərbaycan milli mətbuatının banisidir.

-Nə zaman və harada doğulub?

1837-ci il 2 iyun (bəzi mənbələrdə 1842-ci il iyun ayının 28-də) keçmiş Bakı quberniyasına daxil olan Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olub.

-Təhsil həyatı necə keçib?

Həsən bəy Zərdabi ilk təhsilini Zərdab kəndindəki mədrəsədə alıb. Burada ərəbcə və farsca öyrənən Zərdabi 1852-ci ildə Şamaxı şəhərində açılan rusca dünyəvi təhsil verən məktəbə yazılıb. Tiflisdəki məktəb üçün girdiyi imtahanları uğurla bitirən Zərdabi 1858-ci ildə I Tiflis məktəbinin V sinfinə qəbul olub. 1861-ci ildə həmin məktəbi uğurla bitirən Zərdabi elə eyni ildə dövlət təqaüdü ilə Moskva Universiteti Fizika-Riyaziyyat fakültəsində Təbiət elmləri üzrə təhsil almağa göndərilib. 1865-ci ildə bu universiteti fərqlənmə diplomu ilə bitirib.

-Onun Tiflisdə təhsil almasına kim vasitəçi olub?

O, Qafqaz Təhsil Komissiyası Müdiri baron Nikolayın diqqətini çəkib və baron onu dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərməyi təklif edib. Bu ərəfələrdə atası vəfat edən Zərdabiyə böyük qardaşları Tiflisə getməyə icazə verməyiblər. Tiflisdə yaşayan atasının dayısı general Fərəc bəy Ağayev bu hadisədən sonra hadisəyə müdaxilə edərək, Zərdabini Tiflisə gətizdirib.

-Moskvada təhsil aldığı illərdə hansı məşhur şəxslərlə tanış olmaq imkanı yaradılılıb?

Zərdabinin dünyagörüşünün formalaşması Moskva Dövlət Universitetində oxuduğu illərdə daha da sürətlənib. Zərdabi universitet illərində dövrün irəlidə gedən elm adamları - tarixçi Solovyov və yazıçı Pleşeyevlə yaxın münasibəti olub.

-Azərbaycana qayıtmaq səbəbi nə olub?

Solovyovun evinə tez-tez gedən Zərdabi Solovyovun qızına qarşı hissləri olub. İdealist Zərdabi Solovyovun qızı ilə evlənəcəyi təqdirdə həm gələcəyə yönəlmiş ideallarından əl çəkmək məcburiyyətində qalacağını, həm də bu davranışının xalqı tərəfindən heç xoş qarşılanmayacağını düşünərək təhsilini tamamladıqdan sonra universitetdə qalması yönündəki təklifləri rədd edib və xalqına xidmət etmək üçün vətəninə dönüb.

-Əmək fəaliyyətinə nə zaman və harada başlayıb?

Zərdabi universiteti bitirdikdən sonra Tiflisdə Torpaq İdarəsində (Mejovoy Plata) işləməyə başlayıb. Bu vəzifədən ayrıldıqdan sonra 28 fevral 1868-ci ildə Qubada məhkəmə katibi olaraq işləyib. 4 oktyabr 1868-ci il tarixində işinə son verildikdən sonra bir müddət müstəqil məhkəmə vəkilliyi edib. 18 noyabr 1869-cu ildə Bakıda məktəbə təbiət elmləri üzrə müəllim kimi işə düzəlib.

-Onun maarifçilik ideyasını təbliğ etməsi nə zamana təsadüf edir?

Məktəbdə müəllim kimi çalışması ilə onun həyatında yeni dövr — maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayıb. Həsən bəy həmin illərdə  azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat aparmağı qarşısına məqsəd qoyub. 

-Bu istiqamətdə hansı işləri görüb?

O, müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda "Cəmiyyət-xeyriyyə" də yaradıb. Həmin ilin bütün yayını Həsən bəy Zərdabi gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov (Gorani) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolanaraq rəsmi dəftərə "Cəmiyyət-xeyriyyə"yə üzv yazdırmaqla məşğul olub.

-Qızların təhsil həyatında olması üçün nə kimi addımlar atıb?

Yoxsul və kimsəsiz uşaqların tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün savadlı türk (azərbaycanlı) qadın müəllimlərə ehtiyac yarandığından, Həsən bəy Zərdabi 1872-ci ildən "Qafqaz" qəzetində Tiflis "Müqəddəs Nina" Qadın gimnaziyasını bitirən qızların müəllim kimi peşəsini davam etdirməklərini təbliğ edib. Zərdabi "Qafqaz" qəzetindəki xəbərdən Tiflisdə olan Müqəddəs Nina adlı qız məktəbindən məzun olanların arasında Nalçik şəhərində anadan olan və Balkar türklərindən olan Hənifə xanım Abayevanın da olduğunu öyrənib. Bundan sonra Tiflisə gedən Zərdabi Hənifə xanımı taparaq onunla tanış olub və ona gələcəklə bağlı fikirlərini deyib. Həmçinin, 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək göstərib.

-Həmin məktəb necə yaranıb?

Hacı Zeynalabdin Tağıyev qız məktəbi açmaq üçün Çar III Aleksandrın çarın ölümündən sonra onun həyat yoldaşı Aleksandra Fyodorovnaya çox dəyərli hədiyyələr göndərərək icazə istəyir, əgər icazə verilərsə, məktəbə onun adının veriləcəyini bildirir. Beləcə icazə alınır və məktəbin nizamnaməsi Zərdabi tərəfindən yazılır. Nizamnamədən sonra yaradılan idarə heyətinin rəhbərliyinə Tağıyev, rəhbər müavinliyinə Tağıyevin istəyi ilə Zərdabi gətirilir. 1901-ci ilin sentyabrında hər şey hazır olduğu halda yetəri qədər şagird olmadığı üçün məktəb açılmır. Zərdabi özü və dostları Bakı ətrafına gedərək, birbaşa xalqdan qızlarını oxutmalarını istəyir. Nəticədə 1901-ci ilin 7 oktyabrında 58 qız şagird ilə məktəb fəaliyyətə başlayır. 

-O, Azərbaycan teatrının yaranması ilə bağlı hansı işlər görüb?

Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramaturqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M. F. Axundovun "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyaları tamaşaya qoyulub.

-"Əkinçi" qəzeti necə və nə zaman yaranıb?

Qəzetin nəşri Azərbaycanın mərkəzi şəhəri kimi Bakının sürətli inkişafı milli mətbuatın yaranması zərurətini doğurub. Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət edib. Zərdabi türkcə qəzet nəşr etdirmək üçün müraciət etmiş, lakin buna nail ola bilməmişdi. Bakı valisi Staroselskinni senzura məsələsini öz öhdəsinə götürməsindən sonra qəzet çıxarmaq üçün icazə alına bilindi. Bununla əlaqədar o İstanbuldan hürufat gətizdirib və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq olub. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulub.

-Qəzet hansı illərdə fəaliyyət göstərib?

Əkinçi qəzeti Azərbaycan, həmçinin də bütün Rusiyada nəşr olunan ilk türk dilli qəzetdir və 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirib. 

-Qəzet hansı səbəbdən fəaliyyətini dayandırıb?

İlk mətbu orqan kimi "Əkinçi" öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Bu da çar rejimini xüsusilə narahat edirdi. Çoxsaylı təzyiqlər səbəbindən 1877-ci il sentyabrın 29-da "Əkinçi" öz nəşrini dayandırmağa məcbur oldu. 

-Qəzet fəaliyyətini dayandırdıqdan sonra Zərdabi nə işlə məşğul olub?

"Əkinçi" qəzetinin nəşri dayandırıldıqdan sonrakı dövr 1880-ci ildən etibarən Həsən bəy Zərdabi doğma kəndi Zərdabda yaşayıb.  O, kənd təsərrüfatı sahəsində kəndlilərə məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq o yenə də mətbuatda fəal iştirak edirdi.

-Məqalələri hansı qəzetlərdə nəşr olunub?

1880–1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunub.

-Onun ailə vəziyyəti necə olub?

Həsən bəy Zərdabi Azərbaycanın ilk maarifçi qadınlarından biri, pedaqoq Hənifə xanım Məlikova (Abayeva) ilə ailə qurmuşdu. Onların dörd övladı vardı: Pərixanım (Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı), Midhət, Səffət və Qəribsoltan. Övladlarının bir çoxu mühacirət həyatı yaşayaraq Fransada dəfn olunub.

-Həsən bəy Zərdabi həyatının son illərini necə keçirib?

Həyatının son illərində Bakı Şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq edib. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də o olub.

-Nə zaman və hansı səbəbdən dünyasını dəyişib?

Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic olub və 1907-ci il noyabr ayının 28-də vəfat edib.

-Harada dəfn olunub?
O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılıb, mərhumun sümükləri bir neçə il evdə ailəsinin yanında qalıb. 1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 İyul 2026 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri