Həsənriz sakini: Bizim üçün bayram bayrama qarışmışdı
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünən İlaxır çərşənbə idi. Bizim üçün bayram bayrama qarışmışdı. Çünki Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bayramı bizimlə birgə qeyd edirdi.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdərə rayonunun Həsənriz kəndinin sakini Şəhla Eyvazova deyib.
“Dünən həm də Prezidentlə həmsöhbət oldum. Bir qazi övladı və gənc müəllim olaraq bununla qürur duyuram. Prezidentimizə, Ordumuza minnətdarlığımı bildirirəm. İllərdir həsrətində olduğumuz torpaqlarımızda onların sayəsində bayram qeyd edirik, firavan yaşayırıq”, - deyə Həsənriz sakini bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 19 Mart 2025 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















