Icma.az
close
up
RU
Həsrət Cəfərov: MDB Oyunlarının Azərbaycanda keçirilməsi çox böyük hadisədir

Həsrət Cəfərov: MDB Oyunlarının Azərbaycanda keçirilməsi çox böyük hadisədir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 7 iyul, AZƏRTAC

III MDB Oyunlarının Azərbaycanda keçirilməsi çox böyük hadisədir. Bu, həmçinin Azərbaycanın gənc istedadları üçün ciddi fürsətdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov ölkəmizin III MDB Oyunlarına ev sahibliyi etməsi ilə bağlı Bakı Şəhər Halqasının mətbuat xidmətinə müsahibəsində deyib.

“Paris-2024” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Azərbaycanda keçiriləcək yarışda yerli idmançıların bu şansı dəyərləndirməli olduqlarını bildirib: “Onlara böyük bir şərəf nəsib olub – ölkəmizi nüfuzlu beynəlxalq turnirdə, özü də doğma vətəndə təmsil edəcəklər. Gənclərimiz güclüdür. Onların məşqlərini izləyirəm və inanıram ki, yaxşı nəticələr göstərəcəklər. Azarkeşlərin dəstəyi böyük motivasiyadır. Mənim üçün bu heç vaxt təzyiq olmayıb. Əksinə, tribunaların dəstəyi mənə hər zaman güc verib. Oyunlara maksimum məsuliyyətlə yanaşsınlar. Hər bir yarış – böyük məsuliyyətdir. Biz Azərbaycanı təmsil edirik və Oyunlara çox az vaxt qalıb. Hazır olmaq lazımdır – həm fiziki, həm də mənəvi cəhətdən. III MDB Oyunlarında iştirak edəcək bütün azərbaycanlı idmançılara uğurlar arzulayıram. Bu, ölkəmiz üçün çox önəmli bir hadisədir. Əminəm ki, Oyunlar ən yüksək səviyyədə keçiriləcək”.

H.Cəfərov I MDB Oyunlarındakı çıxışını və bayraqdar olmasını xatırlayıb: “Bu, həm böyük məsuliyyət, həm də şərəf idi. İstəyirdim ki, mərasimə qızıl medalla çıxım – və bu, mümkün oldu. Çünki güləş yarışlarının ilk günü açılış mərasimdən öncə idi. Açılışda çempion kimi bayrağı daşımaq istəyirdim. Rəqabət çox yüksək idi, amma öhdəsindən gəldim. Bundan sonra çox medal qazandım, Parisdə Olimpiya bürüncünü aldım, üç dəfə Avropa çempionu oldum. Amma ən əsası, insan olaraq dəyişmədim. Ən böyük uğurum olimpiya medalı olsa da, dayanmıram. Hədəfim dünya çempionu olmaqdır. Sonra isə “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq istəyirəm”.

İdmançı özünü yarışlara motivasiya etməsindən də danışıb və güləşlə yeni məşğul olmağa başlayan gənclərə tövsiyələr verib: “Məni nəticələr və güləşə olan sevgim motivasiya edir. Bu, sadəcə bir iş deyil, mənim həyat tərzimdir. Milyonlar sənin uğurlarını izləyirsə, dayanmağa haqqın yoxdur. Yeni başlayan güləşçilərə demək istərdim ki, ilk uğurlardan sonra arxayınlaşmaq olmaz. İdman daim əziyyət, zəhmət tələb edir. Öz üzərində işləmirsənsə, nəticə də olmayacaq. Xüsusilə böyüklər kateqoriyasına keçiddə bu daha da çətindir. Daim öz üzərində işləməlisən”.

Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın 7 şəhərində keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see139

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see139

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri