Icma.az
close
up
RU
Həssas təbəqəyə dövlət qayğısı

Həssas təbəqəyə dövlət qayğısı

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyada əhalisinin təxminən müəyyən bir qismini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Onların hüquqlarını qorumaq, cəmiyyətə inteqrasiyasını təşviq etmək zəruridir. 1992-ci ildə BMT tərəfindən təsis edilən Əlillər Günü dünya miqyasında fiziki qüsurlu insanların daha yaxşı imkanlarla təmin olunmasını hədəfləyir.

Ölkəmizdə dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Onların sosial təminatı ildən-ilə yaxşılaşır, təhsil, iş və müalicəsinə imkanlar yaradılır. Əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, reablitasiya və sosial müdafiə haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün bərpa mərkəzləri, protez-ortopedik müəssislər yaradılıb.

Birinci Qarabağ müharibəsi qazisi Səyyaf Məmmədov bildirdi ki, istər ulu öndər Heydər Əliyevin, istərsə də Ali Baş Komandan, Prezident İlham Əliyevin dövründə müharibə iştirakçıları, əlillər hər cür sosial təminatla əhatələniblər:

– Bir insanın yaşaması üçün lazım olan hər şeylə təmin olunmuşam. Ölkə Prezidenti ev, maşın hədiyyə edib. Ayağımdakı protezi belə dövlət verib. Xəstələnəndə qeydiyyatda olduğum Sabunçu rayonunda pulsuz müalicə edilirəm. Bir sözlə, qayğı yüksək səviyyədədir. Bəzən görürəm ki, Amerikada və digər xarici ölkələrdə olan üzdəniraqlar deyirlər ki, qayğı zəifdir. Biri mən, axı, bu qədər cah-cəlal içərisində ola-ola necə deyə bilərəm ki, qayğı zəifdir?

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki əngəlli şəxslərə pensiya və ya aylıq sosial müavinət, eləcə də 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə aylıq müavinət ödənilir. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslər pensiya və ya müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ilə də təmin edilirlər. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə də aylıq təqaüd ödənilir.

Görmə qabiliyyəti zəif olan Hikmət Vurğun 3-cü dərəcəli əlilliyinə görə pensiya alır. O, dövlətin yüksək qayğısına görə təşəkkürünü bildirir:

– Əmək qabiliyyətimi tam itirməmişəm. Aldığım pensiya ilə müəyyən təminatlarımı qarşılaya bilirəm. Əlilliyimə görə müəyyən təminatlardan istifadə hüququm da var. Məsələn, qəbul imtahanlarında digər məzunlardan fərqli olaraq, heç bir rüsum ödəməmişəm. Dövlətimiz bizi tək qoymur, özümüzü təcrid olunmuş kimi hiss etmirik.

Fiziki əngəlli insanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası vacib məsələ hesab edilir. Ümumiyyətlə, onların sağlam həyata qaytarılması yalnız ailənin, dövlət və ya qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə məhdudlaşmamalıdır. Bu savab işdə geniş ictimaiyyət də iştirak etməlidir. Onlara qayğı hər kəsin mənəvi borcudur.

Rizvan FİKRƏTOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri