Icma.az
close
up
RU
“Həştərxan vilayəti Azərbaycanla əlaqələrin dərinləşməsində çox maraqlıdır” Qubernator İqor Babuşkin

“Həştərxan vilayəti Azərbaycanla əlaqələrin dərinləşməsində çox maraqlıdır” Qubernator İqor Babuşkin

Bizim media saytına istinadən Icma.az xəbər verir.

“Regionumuzun Azərbaycanla əsrlər boyu davam edən möhkəm dostluq əlaqələri var. Və bu əlaqələr ildən-ilə daha da dərinləşir, genişlənir. Bizim qüvvədə olan “Əməkdaşlıq Sazişi”miz var. Biz bunu praktiki olaraq həyata keçirmək üçün azərbaycanlı həmkarlarımızla birlikdə üç illik əhatəli proqram hazırlamışıq.
Qeyd edim ki, biz ilk dəfə deyil ki, belə bir sənəd imzalayırıq. Proqrama ticarət-iqtisadi sahədə, o cümlədən, logistika qovşaqlarımız vasitəsilə Azərbaycandan Rusiyaya və əks istiqamətdə yükdaşımaların, eləcə də, gəmiqayırma və sənaye kooperasiyası sahəsində əməkdaşlığın inkişafına yönəlmiş tədbirlər daxildir. Proqram çərçivəsində qarşılıqlı biznes missiyalarında iştirak nəzərdə tutulur”.
Bizim.Media xəbər verir ki, bunu Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Rusiya KİV-lərinə müsahibəsində deyib. O bildirib ki, humanitar sahədə əməkdaşlıq sürətlə inkişaf edir:
“Bu il Həştərxanda Azərbaycan Respublikasının incəsənət və yaradıcı xadimlərinin iştirakı ilə bir sıra tədbirlər keçirilib. Bunlara Uşaq və Gənclər üçün Beynəlxalq Ədəbiyyat Festivalı, “Theatre Delta” Beynəlxalq Festival-Forumu, “Xəzər fəsilləri” mədəni tədbirimiz və Beynəlxalq Klassik İncəsənət Festivalı daxildir. Bu il orada Azərbaycanın xalq artisti Dinara Əliyeva iştirak edib. Həştərxan tamaşaçıları çoxmillətli torpağımızda Azərbaycan sənətkarlarını hər zaman böyük hərarətlə qarşılayırlar.
Universitetlərarası əməkdaşlıq fəal şəkildə aparılır, tələbələrimiz və müəllimlərimiz elmi konfranslarda və dəyirmi masalarda iştirak edirlər. Xəzər Elmi-Tədris Konqresinin tədbirlərində Azərbaycandan olan tələbələr və alimlər onlayn şəkildə iştirak ediblər”.
Qubernator onu da qeyd edib ki, Bakıda Həştərxan Biznes Mərkəzinin bazasında Həştərxan Dövlət Universitetinin Təhsil, Elm və Texnologiya Mərkəzi fəaliyyət göstərir:
“O, azərbaycanlı məktəblilər, tələbələr və müəllimlər üçün maarifləndirici tədbirlərin keçirildiyi məkana çevrildi. Açılışından bəri rus dilinin, mədəniyyətinin və rus təhsilinin təbliğinə yönəlmiş 50-dən çox böyük tədbir keçirilib. Sentyabr ayında Azərbaycan gənclərindən ibarət nümayəndə heyəti hər il Həştərxanda keçirilən “BeregA” gənclərin təhsil forumunda iştirak etdilər. Mən Bakını çox sevirəm. Bu, inanılmaz dərəcədə dinamik, mütərəqqi bir şəhərdir. Həştərxanı da möhtəşəm Azərbaycan paytaxtı kimi intensiv inkişaf etməyə çalışırıq.”.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Yanvar 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri