Hətta həyat yoldaşım da bunu sevmir
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Premyer Liqanın 33-cü həftəsində komandasına qələbə qolunu qazandıran Haaland meydançadakı mübarizənin futbol sərhədlərini aşaraq "güləşə" çevrildiyini bildirib.
Milli.Az xəbər verir ki, oyunun 65-ci dəqiqəsində "Arsenal"ın müdafiəçisi Qabriel ilə girdiyi ikili mübarizədə alt geyiminin cırılmasına baxmayaraq hakim tərəfindən fol qərarı verilməməsi Haalandı qəzəbləndirib:
"Fol verilmədi, günümüzün Premyer Liqası belədir. Hər yerdə güləş, saysız-hesabsız ikili mübarizə və cırmaqlama var."
Haaland zarafatla qarışıq etirazını belə ifadə edib: "Hətta həyat yoldaşım da bunu sevmir, meydançadakı bu güləş mənzərəsi kifayət qədər çirkin görünür"
Hakim qərarlarından narazı olsa da, Haaland atasının (keçmiş futbolçu Alf-İnqe Haaland) ona verdiyi nəsihəti xatırladaraq mübarizəyə davam edəcəyini vurğulayıb. O, bütün fiziki təzyiqlərə baxmayaraq yıxılmamağa və qol vurmağa kökləndiyini qeyd edib.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 21 Aprel 2026 00:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















