Icma.az
close
up
RU
Həvəskar astronom Günəşdə nadir hadisəni qeydə aldı (FOTO)

Həvəskar astronom Günəşdə nadir hadisəni qeydə aldı (FOTO)

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İtalyan astrofotoqraf Andrea Vanoni tərəfindən çəkilmiş və 30 iyul 2025-ci il tarixində NASA-nın "Günün astronomik fotosu" rubrikasında yayımlanmış görüntülər Günəşin artmış maqnit aktivliyini və onun nəticəsində yaranan nəhəng koronal döngələri əks etdirir.

Qaynarinfo xəbər verir ki, koronal döngələr Günəşin səthində müşahidə olunan nəhəng, qızğın plazma qövs formalarıdır və kosmik hava üçün böyük əhəmiyyət kəsb edir. "Daily Galaxy" nəşrinin məlumatına görə, bu strukturlar Günəşin maqnit sahəsi vasitəsilə plazmanın yönləndirilməsi ilə formalaşır və Yerə qədər çatan ölçülərə sahib ola bilirlər.


Görüntülərdə Günəşin fəal sahələri üzərindəki bu döngələr açıq-aydın görünür. Mütəxəssislər bu cür fəal bölgələrdə Günəş ləkələrinin – səthin daha sərin və qaranlıq hissələrinin – də müşahidə olunduğunu bildirirlər.

Koronal döngələr Günəşin təxminən 11 il davam edən aktivlik dövrünün – Günəş dövrünün – bir hissəsidir. Bu dövr ərzində maqnit aktivlik minimumdan maksimuma qədər dəyişir. Döngələrin dağılması nəticəsində baş verən kütləvi enerji və maddə buraxılışları – koronal kütlə atılmaları – bəzən Günəş sistemində yayılaraq Yerə qədər çata bilir.

Bu hadisələr peyk rabitəsi və naviqasiya sistemlərində nasazlıqlara səbəb ola bilər. Texnologiyanın inkişafı ilə Günəş aktivliyinin Yerə təsiri daha çox hiss olunur. Lakin elm adamları bu aktivliyi daha dəqiq izləməyi və proqnozlaşdırmağı bacarırlar.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Avqust 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri