Həvəskarlar Liqasının qalibi Zirə ilə qarşılaşacaq
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Region Liqasına hazırlığını davam etdirən "Marafon"un növbəti rəqibi müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Amid Zeynalovun baş məşqçisi olduğu komanda "Zirə"nin U-19 komandası ilə qarşılaşacaq.
Sabirabadlılar qəsəbə təmsilçisi ilə bu gün gücünü sınayacaq. Oyun "Rekord Arena"da baş tutacaq və saat 20:30-da başlayacaq.
Qeyd edək ki, "Marafon" bazar günü "Neftçi"nin köhnə bazasında II Liqa təmsilçisi "Xankəndi" ilə qarşılaşıb. Türkiyəli mütəxəssis İbrahim Uzuncanın baş məşqçisi olduğu Qarabağ təmsilçisi görüşdən 2:0 qalib ayrılıb.
"Marafon" Həvəskarlar Liqasının son qalibidir.
Mirağa

Həvəskarlar liqasının oyununa 30 min azarkeş gəldi
20 Dekabr 2024 17:57
Kocaelispor : həvəskarlar liqasından elitaya
20 Aprel 2025 11:51
Həvəskarlar tərəfindən məşhur yer sayılır
27 Avqust 2025 13:30
Region Liqasının debütantı Şəfa ilə qarşılaşacaq
23 Sentyabr 2025 15:57
Türkiyədə həvəskarlar liqası da azarkeş sayı ilə heyrətləndirdi Şəkillər
16 Dekabr 2024 14:51

