Icma.az
close
up
RU
“Həyat yoldaşımın etdikləri işgəncə idi”

“Həyat yoldaşımın etdikləri işgəncə idi”

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Türkiyə vətəndaşı Murad Temizlə ailə quran aktrisa Cəmilə Tağızadə Bakıya qayıdıb.

Gununsesi.info xəbər verir ki, “Günə bax” verilişində qonaq olan sənətçi qısqanclıq səbəbindən həyat yoldaşından ayrıldığını bildirib:

“Türkiyədə aktrisa kimi fəailyyət göstərmirdim. Çünki həyat yoldaşım buna icazə vermirdi. Ümumiyyətlə, o qədər qısqanc adam idi ki, geyimdə, evdən çölə çıxmada mənə çərçivələr qoyurdu. Müəyyən saatlar var idi ki, o vaxt ərzində çıxa bilərdim. Özü isə istədiyi vaxt gedib-gələ bilirdi. Çox çətin idi, özü də mənim kimi azad ruhlu bir insan üçün bu böyük işgəncə idi. İzah edəndə də nə özü, nə ailəsi başa düşürdü. Düz 6 il səbr etdim və təngə gəldim, indi Bakıdayam. İndi yola gətirməyə çalışır məni ki, barışaq. Hazırda küsülüyük. Çünki çox çətindir, mənim bütün azadlığım əlimdən alınmışdı. Əgər mən də bunu etmiş olsaydım, bu başqa məsələ. Ona tam azadlıq vermişdim. Fikrimcə, evlilikdə qarşılıqlı hörmət olmalıdır. Bizim cəmiyyətdə problem var, kişi düşünür ki, onlara hər şey olar, qadına heç nə olmaz. Mən zatən öz həddimi bilən və bu çərçivədən çıxmayan insanam. Demirdim ki, gedim, gecə 3-5-də evə gəlim. Axşam 5-dən sonra evdən çıxmamaq, teatra, kinoya gedə bilmək nə deməkdir? Komendant saatı idi. Bəhanəyə baxın, İstanbul çox təhlükəli şəhərdir. Mən bunu başa düşürdüm. Amma mən gedib-gəldiyim yeri, geyimimi bilirəm. Yalnız özü deyil, baldızlarım, qayınanam yığır ki, haradasan?”.

Qeyd edək ki, Cəmilə 2017-ci ildə Muratla ailə həyatı qurub. 2020-ci ildə cütlüyün Abdullah Cesur adında oğlu dünyaya gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Noyabr 2024 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see389

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see389

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see345

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see335

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see326

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see297

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see282

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see268

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see265

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see260

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see260

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see258

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see255

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see245

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see243

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see241

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see213

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see211

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see210

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri