Icma.az
close
up
RU
Həyat yolu örnək olan fədakar qadın FOTOLAR

Həyat yolu örnək olan fədakar qadın FOTOLAR

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

25 aprel 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Masallı rayon İcra Hakimiyyətinin və Masallı Rayon Mərkəzi Xəstəxana Publik Hüquqi Şəxs ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyi ilə bağlı “ Həyat yolu örnək olan fədakar qadın ” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin, görkəmli oftalmoloq, alim Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirdi ki, Akademik Zərifə Əliyeva oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə böyük şöhrət qazanmışdır. O, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngindir ki, onları bir çıxışda əhatə etmək qeyri-mümkündür. Onun mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün məktəbdir. Zərifə xanım Əliyevanın elmi fəaliyyəti haqqında çoxsaylı məqalələr yazılıb, kitablar dərc edilib. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. O, respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.

Rayon təşkilatının sədri Seyfəddin Əliyev qeyd etdi ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, Azərbaycanı tarixi Zəfərinə qovuşduran, adını çoxəsrlik tariximizə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdıran Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin anasıdır. Zərifə xanım Əliyevanın ən böyük mükafatı xalqın sevgisidir. Onun nəsillərə nümunə olan ömür yolunu vərəqlədikcə hər bir addımın arxasında Vətən, xalq sevgisini görürük. Dövlətimizin başçısı Cənab İlham Əliyev görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva haqqında danışarkən “Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur” söyləyərək bu fikirləri də xüsusi qeyd edir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o, həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi və hər bir həkimdə bu iki amil birləşməlidir. Çünki həkim peşəkar olmalıdır, insanlara xidmət göstərməlidir. Eyni zamanda, həkim xeyirxah insan olmalıdır. Zərifə xanımın bu məsələlərlə bağlı da fikirləri, məqalələri var idi. Həkimin etik davranışı ilə bağlı onun çox dəyərli fikirləri olmuşdur. Hesab edirəm ki, bu fikirlər bu gün də hər bir həkim üçün əsas olmalıdır.”

Masallı Rayon Mərkəzi Xəstəxana Publik Hüquqi Şəxsin direktoru İlqar Ramizoğlu çıxış edərək bildirdi ki, Zərifə xanım Əliyeva uzun illər respublikanın ondan artıq iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqat işləri aparmışdır. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. İnsanlara nur bəxş edən Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir. Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğv edilməsi Zərifə Əliyevanın adı ilə bağlıdır. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə elmi dairələrdə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Zərifə xanım milli oftalmologiyanın inkişafını müasir tələblərə cavab verən oftalmoloji mərkəzin yaradılmasında, öz ixtiralarını, kəşflərini beynəlxalq arenaya çıxara bilən yüksəkixtisaslı kadrların hazırlanmasında, dünya oftalmologiya elminə inteqrasiyada görürdü. Bütün mənalı həyatı boyu yorulmaq bilmədən çalışan, elmin sirlərinə dərindən yiyələnmək üçün səylərini artıran, daim yeniliyə maraq göstərən Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.

Daha sonra Masallı Rayon Mərkəzi Xəstəxana Publik Hüquqi Şəxsin oftalmoloq-həkimi Gülnarə Məmmədova, Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Aybəniz Novruzova və başqaları çıxış edərək görkəmli oftalmoloq alim, ictimai xadim, Akademik Zərifə Əliyevanın elmi yaradıcılığından, onun oftalmologiya sahəsinə verdiyi töhfələrdən, oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Aprel 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri