Icma.az
close
up
RU
Həyatda ən azı bir dəfə ziyarət etməyə dəyəcək 7 göl

Həyatda ən azı bir dəfə ziyarət etməyə dəyəcək 7 göl

Icma.az bildirir, Lent az portalına istinadən.

Avropa göllər diyarıdır. Materikdə səthi 1 hektardan böyük olan 500 mindən çox göl, habelə minlərlə kiçik su hövzəsi mövcuddur. Onların çoxu yalnız yerli sakinlər tərəfindən tanınır, lakin bəziləri dünya miqyasında məşhurdur.

Lent.az xarici mediaya istinadla hər bir səyyahın həyatında azı bir dəfə görməli olduğu ən gözəl 7 Avropa gölünün siyahısı barədə məlumat verir.

1. Komo gölü, İtaliya

Komo İtaliyanın ən dərin və ən dəbdəbəli gölüdür. Hollivud ulduzu Corc Kluni o qədər sevdiyi üçün Lallo şəhərciyində iki villa alıb və onları şəxsi körpü ilə birləşdirib. Göl hətta kino aləminin də sevimlisidir: burada “Casino Royale”, “Ulduz müharibələri: Epizod II” və “Ouşenın 12 dostu” filmləri çəkilib.

Kino səhnələrinə bənzər mənzərələri Komo, Belladjo və Varenna arasındakı bərələrdən, ya da Brunateyə qalxan funikulyordan seyr etmək mümkündür. Piyada gəzinti üçün isə Tremezzinodakı Karletta villasının botanika bağları və Belladjonun daş döşəməli küçələri ideal məkanlardır.

2. Jeneva gölü, İsveçrə / Fransa

Qərbi Avropanın ən böyük göllərindən biri olan Jeneva gölü 73 km uzunluğa malikdir. Məşhur yazıçı Meri Şelli 1816-cı ildə göl sahilində yerləşən Villa Diodatida “Frankenşteyn” ideyasını yaradıb.

Göl boyunca məşhur Rochers-de-Naye dağ dəmir yolu Montredən 2000 metr yüksəklikdəki mənzərələrə qədər uzanır. Montredə Şiyon qalasını gəzdikdən sonra Belle Époque buxarlı gəmisinə minib Jenevaya doğru səyahət etmək, yerdən 140 metrə qədər su püskürdən Jet d’Eau fəvvarəsini görmək mümkündür.

3. Bled gölü, Sloveniya

Yuliya Alplarının qoynunda yerləşən Bled gölü canlı nağıl səhnəsini xatırladır. 2 km uzunluğunda olan gölün ortasında XV əsrə aid Müqəddəs Məryəm kilsəsi ilə məşhur ada yerləşir. Sahildə isə 130 metr hündürlüyündə qayalıq üzərində Bled qalası ucalır.

Romantik təcrübə üçün ənənəvi “pletna” qayıqlarını icarəyə götürmək, daha geniş mənzərə üçün Oysdrica və ya Mala Osoynitsa müşahidə nöqtələrinə qalxmaq məsləhətdir.

4. Lox-Lomond gölü, Şotlandiya

Qlazqodan cəmi 32 km aralıda yerləşən bu göl həm əlçatanlığı, həm də toxunulmamış təbiəti ilə seçilir. Sərin sularının üzərində 974 metr yüksəklikdə ucalan Ben-Lomond dağı möhtəşəm mənzərə yaradır. Böyük Britaniyanın ən iri gölü olan Lox-Lomondun sahəsi 70 km²-ə çatır.

Buradakı 30-a yaxın adanın bəzilərinə səyahət etmək mümkündür. Ən böyüyü olan İnçmurində mövsümi bərə işləyir, XIY əsr qəsri və VII əsr monastırının xarabalıqları turistləri cəlb edir. Ben-Lomond zirvəsinə qalxanlar isə 100 km-dək açılan panoramanın şahidi olur.

5. Lovotnen gölü, Norveç

Norveç gölləri təmizliyi ilə məşhurdur və Lovotnen bunun mükəmməl nümunəsidir. 11 km uzunluğunda olan bu göl buzlaq çöküntüləri sayəsində dərin mavi rəngə malikdir. 1800 metrlik dağlar, min metrdən çox yüksəkliyə qədər yüksələn şəlalələr və səhər saatlarında güzgü kimi su səthi buranı fotoqrafların xəyal yerinə çevirir. Ən möhtəşəm rakurlardan biri Rakssetra adlı qədim dağ fermasından açılır.

6. Ohrid gölü, Şimali Makedoniya / Albaniya

“Avropanın Qalapaqosu” adlandırılan Ohrid gölü 4 milyon illik tarixi və 200-dən çox endemik növü ilə unikaldır. UNESCO-nun Dünya İrs Siyahısına daxil olan göl həm təbiəti, həm də tarixi ilə valehedicidir.

Yay aylarında su 24°C-yə qədər isinərək çimərliyi ideal edir. Ohrid şəhərinin dik daş küçələri XIII əsr Müqəddəs İoann Kaneo kilsəsinə aparır. Göldən 16 km aralıdakı “Sümüklər körfəzi” muzeyi isə qədim dirək üstü yaşayış məskəninin rekonstruksiyası ilə məşhurdur.

7. Axenzee gölü, Avstriya

Axenzee gölü bəzən “Alp fiyordu” adlandırılır, dik qayalar və parlaq firuzə rəngli su buranı Norveç fiordlarına bənzədir. Su o qədər təmizdir ki, içməli su standartlarına uyğundur, şəffaflıq isə 10 metrə çatır.

Yayda 20°C-ə qədər isinəndə SUP, üzgüçülük və qayıq turları üçün ideal olur. 1889-cu ildən fəaliyyət göstərən tarixi dişli dəmir yolu gölə 550 metr yüksəklikdən baxmağa imkan yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Noyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri