Icma.az
close
up
RU
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir…

Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir…

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

“Əhməd haradadır?”, “Uşaqlığın son gecəsi”, “Ən vacib müsahibə”, “O qızı tapın”, “Nəsimi” kimi Azərbaycan kinosunun məşhur filmlərində onun da əməyi var. Səyavuş Şəfiyev yaratdığı maraqlı obrazlarla tamaşaçıların yaddaşında qalmağı bacarıb. Ömrü qısa, rolları az da olsa, adını kinomuzun tarixinə yazdıra bilib.

Əməkdar artist, rejissor, sirk ustası Səyavuş Şəfiyevin 24 noyabr – xatirə günü ərəfəsində həyatı haqqında bilmədiklərimizi sənət dostları danışdı.

“Səyavuş kino çəkilişləri üçün Bakıya gəlib-gedirdi. Ona görə onunla ünsiyyət qurmaq çətin idi. Kinomuzda bır sıra rollar yaratdı. Təəssüf ki, onun həyatı faciə ili bitdi”, – deyə tanınmış kinoşünas Aydın Kazımzadə mərhum aktyorun bacısından eşitdiklərini danışır: “Səyavuş Şəfiyev Bakıda bir neçə filmə çəkildikdən sonra köçüb Moskvaya getdi. Onun rəhbərlik etdiyi sirk truppası Fransaya qastrola gedib. Səyavuş tamaşa zamanı akrobatik nümunələr göstərib. Aşağıda qoruyucu olmadığından yıxılaraq bərk əzilib. Səyavuş bu hadisədən sonra danışa bilmir, lal olur. Onu Moskvaya gətirirlər. Moskvada da infarkt keçirir. Elə bir cüssəli, hündürboylu və sağlam adam bir hadisə nəticəsində şikəst olur və az sonra dünyasını dəyişir…”

“Nə vaxta qədər qonaq evində yaşayacam?”

Səyavuş Şəfiyevin həyat və yaradıcılığını daha yaxşı bilən Xalq artisti Ənvər Həsənov danışır: “Səyavuş hələ məktəb illərindən idmanda uğurlar qazanmışdı. Boks üzrə müxtəlif yarışların qalibi idi. Moskvada Ümumittifaq Sirk Məktəbini bitirib, akrobatika üzrə dərəcə almışdı. Məktəbi qurtardıqdan sonra “Soyuzsirk”də çalışırdı. Moskva sirkində tanınmış artistlərlə işləyərək tezliklə öz işinin peşəkarına çevrilmişdi. Onu Rusiyanın sirk artistləri arasında qəbul edirdilər”.

1972-ci ildə S.Şəfiyev Bakıya, şəhərdə yenicə açılmış sirkə bədii rəhbər göndərilir. Bakıda quruluş verdiyi sirk proqramları o zaman üçün böyük populyarlıq qazanır. O, sirk rejissoru kimi də özünü sınayır. S.Şəfiyev Bakıda kino rejissorlarının diqqətini cəlb edir. Adil İsgəndərov onu “Əhməd haradadır?” filminə dəvət edir. Film ekranlara çıxandan sonra rejissor Adil İsgəndərov ciddi tənqidlərlə üzləşir. Film “Burjua-meşşan elementləri ilə zəngin” ekran əsəri kimi xarakterizə edilir. Filmin tənqidindən xəbər tutan Səyavuş “nahaq çəkildim” deyə peşmançılıq keçirir. Ancaq illər ötdükdən sonra film tamaşaçı tərəfindən qəbul edilir və Azərbaycanın baxımlı filmlərindən birinə çevrilir. S.Şəfiyev “Taleyimdən razıyam. Nə yaxşı ki, Adil müəllim məni bu rola çəkdi”, – deyir.

Bundan sonra S.Şəfiyev Maqsud İbrahimbəyovun ssenarisi üzrə çəkilən “Uşaqlığın son gecəsi” filmində Rüstəm obrazını yaradır. Film Gürcüstanda keçirilən festivalda mükafata layiq görülür. “Mənim onda 17-18 yaşım vardı”, – deyə Ə.Həsənov xatırlayır: “Adil müəllim dedi ki, siz bir evdə yaşayacaqsınız. Gərək sizin bir-birinizə qarşı səmimiyyətinizi tamaşaçılara çatdıraq. Biz bütün günü bir yerdə olurduq. Axşamlar da sirkdə onun tamaşalarına gedirdim. Kinoya çəkildiyim müddətdə onunla, ailəsi ilə çox yaxın oldum. Həyat yoldaşı rus idi. Bir qızları vardı. Mən Səyavuşun insanlığının, səmimiyyətinin şahidi oldum. Bu münasibət mənə çox şey öyrətdi. Xoşbəxtəm ki, onunla bir yerdə işləmişəm. “Uşaqlığın son gecəsi” filmi çox məşhurlaşdı. O filmi demək olar ki, 40 dan çox ölkə alıb. Səyavuş o filmdən sonra “Ən vacib müsahibə” filmində jurnalist Altay obrazını yaratdı”. Ə.Həsənov danışır ki, S.Şəfiyev sirkin bədii rəhbəri işləsə də, Bakıda mənzili olmayıb, qonaq evində qalırmış: “Bakıya gələndən sonra sirkin yaxınlığındakı “Sirk” qonaq evində yaşayırdı. O vaxt tanınmış incəsənət adamlarını mənzillə təmin edirdilər. Səyavuş 5 il qonaq evində qaldı. Sonra “Nə vaxta qədər qonaq evində yaşayacam? Dostum-tanışım var. Evimə qonaq dəvət edə bilmirəm”, – deyə inciyib Moskvaya köçdü. O, Moskvada məşhur “Səhnədə sirk” Birliyində quruluşçu rejissor kimi işləməyə başladı. Çox gözəl insan idi. Mən hərbi xidmətdən sonra 5-6 il Moskvada yaşadım. Orada tez-tez görüşürdük. Yaxşı ki, kino həyatımda belə bir insanla tanış olmuşam”.

“Qəfil eşitdik ki, rəhmətə gedib…”

“Bizim sirkdə işləməyə başlayandan sonra Ədil İsgəndərovun xoşuna gəlmişdi və onu “Əhməd haradadır?” filminə dəvət etmişdi” – deyə kinorejissor Əbdül Mahmudov xatırlayır: “Mən onunla yalnız bir filmdə, “Əhməd haradadır” filmində epizodda çəkildim. Amma kinostudiyanın dəhlizlərində tez-tez rastlaşır və görüşürdük. Mən onu “Doğma sahillərdə” filmində polkovnik roluna çəkmək istəyirdim, gözaltı etmişdim. O filmdə vuruş səhnələri vardı. O da idmançı idi. Həmin rola uyğun olduğu üçün onu gözaltı etmişdim. Amma onu axtardım, dedilər ki, rəhmətə gedib. Siyavuş Azərbaycanın ilk sirk ustalarından biri idi. Dağlarda, qayalarda gəzirdi. Çox səmimi və vətənpərvər insan idi. Azərbaycanda bir neçə filmə çəkildi və köçüb getdi, Rusiyada işlədi. Qəfil eşitdik ki, cavan yaşda rəhmətə gedib. Doğrudur, az rollar ifa etdi, ancaq maraqlı obrazlara öz möhürünü elə vurdu ki, kino tarixinə adını əbədi olaraq həkk etməyi bacardı”.

“Niyə ağlayırsan, ağlama…”

Xalq artisti Xalidə Quliyeva Səyavuş Şəfiyevlə “Nəsimi” filminin çəkiliş meydanında tanış olub: “Onda mənim 20 yaşım vardı. Dünyanı dərk edən vaxtım deyildi, baxırdım, öyrənirdim. Filmin kütləvi atçapma səhnələri Qobustanda çəkilirdi. Mən də o kütləvi səhnələrdə at çapmalı idim. İlk dəfə idi ata minirdim, bacarmadım. Çox pis odum və gəlib avtobusda oturub ağladım. Birdən Səyavuş avtobusa gəldi. Mən üzümü ondan gizlətdim. “Niyə ağlayırsan, ağlama. Onsuz kütləvi səhnələrdə dublyorlar çəkilirlər. Sənin böyük işlərin qabaqdadır”, – deyə mənə təsəlli verdi. Səyavuş çox sakit, mədəni, başqasının dərdinə yanan adam idi. Çox intizamlı idi. Mən çəkilişlər zamanı onu belə tanıdım…” (“Kaspi” qəzeti)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 23 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri