Icma.az
close
up
RU
Həyatını dəyişdirən son uçuş: Hökumə hüquqşünas kimi işə başlayacaqdı

Həyatını dəyişdirən son uçuş: Hökumə hüquqşünas kimi işə başlayacaqdı

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

"Höküma Əliyeva son uçuşunun olduğunu bilirdi. Yeni il bayramlarından dərhal sonra, 2 yanvarda, o, eyni aviakompaniyada, artıq hüquqşünas kimi işləməyə başlamalı idi".

BAKU.WS xəbər verir ki, bu sözləri Milli Qəhrəman Hökumə Əliyvnın həyat yoldaşı Etibar Əliyev "Novaya qazeta"ya bildirib. 

E. Əliyev qeyd edib ki, o, həmin səhər çox yaxşı ruh halında idi və sevinc saçırdı:

"Hər zaman onu işə aparır, sonra hava limanında qarşılayırdım. Özünün maşını yox idi, amma öyrənməyi düşünürdü. O gün onu saat 12-də qarşılayacaqdım, çiçəklər almışdım".

Milli Qəhrəmanın qardaşı Coşqun Nəsibli bacısınını təyyarədə olarkən insanların həyatını xilas etməsindən dnaışıb: "Hökümanı dəfn edəndə, Zülfüqar mənə dedi ki, o, onun əlindəki qanı görən sərnişinlərdən qorxmasınlar deyə onu təyyarənin arxasına göndərib.

Digər stüardessa, Aydan Rəhimli də Zülfüqarın əlinə sarğı bağlamaq üçün arxaya göndərilib. Beləliklə, bacım hər ikisinin həyatını xilas etdi. Təyyarə yerə düşərkən, ikisi də arxada idi, buna görə sağ qaldılar. Amma Höküma sərnişinlərlə son anına qədər olub, onları sakitləşdirirdi. Son anadək ekipajın komandiri ilə əlaqə saxlayıb. Höküma son dəqiqəyə qədər oturmadı və kəmərini bağlamadı. Onun əşyaları tapıldı, telefonu tapıldı, bizə söz verildi ki, bir müddət sonra onu bizə verəcəklər".

Qeyd edək ki, Hökumə Əliyeva 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. 2 yaşında ikən, Kəlbəcər rayonu Ermənistanın işğalına məruz qalır və bir çox azərbaycanlılar öz evlərini tərk etmək məcburiyyətində qalırlar. Ailə Bərdən yaxınlığında qaçqın kimi yaşayıb və burada Coşqun dünyaya gəlib. 1996-cı ildə isə ailə Rusiyaya, Volqoqrada köçüb. Hökumə burada altı sinif bitirib, sonra isə ailəsi Azərbaycana qayıdıb. Valideynləri və qardaşı hələ də Gəncədə yaşayırlar.

"Bacım həmişə çox sakit idi. Mən iki yaş kiçiyəm. O, məktəbi bitirəndə mən onunla "Heç yerə qəbul olunmayacaqsan" deyə zarafat edirdim. O, sadəcə gülümsəyirdi və "Görərik" deyirdi. Birinci cəhddə hüquq fakültəsinə qəbul oldu, yüksək bal topladı. Mən universitetə qəbul olunmayanda, əvvəlcə heç nə demədi. Sonra bir müddət keçəndən sonra dedi: "Artıq ayıla bilərsənmi? Bu qədər balı yığa bilmirsən?" İki ay hazırlaşdım və qəbul oldum"-deyə Coşqun bacısı ilə bağlı xatirələrini bölüşüb".

Qeyd edək ki, 25 dekabrda baş verən bu qəza 62 sərnişindən 38-nin həyatına son qoydu, 29 nəfər isə sağ qaldı. Ekipaj üzvləri – İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyeva ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 Mart 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri