Icma.az
close
up
RU
Həyatını elmə bağlayan riyaziyyatçı alim

Həyatını elmə bağlayan riyaziyyatçı alim

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Haqqında danışacağım şəxs fizika-riyaziyyat elmləri doktoru, professor  Mixail Yurieviç Remizovdur. O, 1999-cu ildən Rostov-na-Don şəhərində müxtəlif dövlət universitetlərində işləmiş, həmçinin digər beynəlxalq universitetlərdə çalışmışdır. Onunla keçdiyi peşə yolundan, qazandığı elmi nailiyyətlərdən danışdıq:
-Zəhmət olmasa, özünüzü oxucularımıza təqdim edərdiniz.
Mən, Mixail Yurieviç Remizov Rostov Dövlət Universitetində Elastiklik Nəzəriyyəsi kafedrasının müdiri vəzifəsində çalışmışam. Riyaziyyat-mexanika  fakültəsini bitirmişəm. İxtisasca mexanikəm. Eyni zamanda, riyaziyyat-mexanika və tədbiqi elmlər üzrə aliməm. 2003-cü ildə elmlər namizədi adını almışam, 2019-cu ildə isə elmlər doktoru adına layiq görülmüşəm. 45-dən çox elmi məqalələrin müəllifiyəm. Çoxsaylı beynəlxalq konfranslarda iştirak etmişəm. 
-Hazırda harada fəaliyyət göstərirsiniz?
-Qərb Universitetinin ingilis dili bölməsində riyaziyyat və mexanikadan dərs deyirəm. Əsas məqsədim budur ki, dünyanın müxtəlif tədris ocaqlarından öyrəndiyim, əldə etdiyim bilikləri və bu sahədə olan yenilikləri dərs dediyim tələbələr və həmkarlarla bölüşüm. 20-yə yaxın doktorluq dissertasiyası ilə yanaşı, “təxminən” 50-yə yaxın elmi nəşrlərin müəllifiyəm. Əslində, bu işi çoxdan etməyi düşünürdüm. Zənnimcə, öyrəndiyim yeni nəzəriyyə və metodlar burada da hər kəsin köməyinə çatacaq. 
-Maraqlıdır. Bir alim kimi, hansı beynəlxalq konfranslarda, simpoziumlarda iştirak etmisiniz?
-İlk dəfə doktorluq dissertasiyamı hazırlayarkən, Rusiyada və müxtəlif yerlərdə keçirilən konfranslara qatılır, orada yeni tədqiqat işlərimi təqdim edirdim. Daha sonra, şengen vizası ilə müxtəlif Avropa ölkələrinə getdim. Bura, Yunanıstan, Almaniya, Polşa və başqa ölkələr daxildir. Sonra, işlərimi dəfələrlə doğma şəhərim olan Rostov-na-Don-da göstərmişəm. Bu gün də keçmiş Sovet Respublikaları var ki, onlarla əməkdaşlıq edirəm. 2019-cu ildə müdafiə etdikdən sonra dissertasiyamın nəticələrini Azərbaycanda və Türkiyədə də təqdim etdim. Onu da deyim ki, burada məni sadəcə bir müəllim kimi dəyərləndirirlər. Azərbaycan elmi ictimaiyyətində hələ kifayət qədər tanınmamışam.
-Azərbaycanda universitetdə işləməkdən razısınız?
-Məsələn, Qərb Universitetində işləyərək təkcə elmi deyil, digər əməkdaşlıq proseslərinin də şahidi oluram. Həm də bu proseslərdə bilavasitə iştirakçı rolu oynayıram. Burada təkcə müəllim kimi deyil, həm də professor-müəllim heyətinin universitetimizə cəlb edilməsi ilə bağlı aktual məsələləri müzakirə edən şəxs qismində də çıxış edirəm. Avropa və Amerika təhsil sisteminin nümayəndələri və ya universitetdən birbaşa həmkarlarımız gələndə rəhbərliklə birlikdə bəzən məndən bu mühüm məsələlərin müzakirələrində iştirak etməyi də xahiş edirlər. Bir alim kimi, bu cür elmi hadisələri müsbət qiymətləndirirəm. 
-Başqa, hansı universitetlərlə əməkdaşlıq edirsiniz?
-Azərbaycan Dövlət Texniki Universiteti, Neft Akademiyasının əməkdaşları ilə sıx əlaqə saxlayıram, görüşürəm. Hətta, Bakı Dövlət Universitetinin Memarlıq və İnşaat fakültəsində dərs deyən həmkarlarla tanış oldum. Ola bilsin ki, nə vaxtsa birlikdə çalışarıq. Hələ ki, bu müzakirə mövzusu deyil. Bu yaxınlarda isə İstanbul Texniki Universiteti və Azərbaycan Aviasiya Akademiyası ilə birgə qlobal istiləşmə ilə bağlı tədqiqatlar mövzusunda yeni əməkdaşlığa başlamışıq. Bu barədə məqalələr də dərc etdirmişik. 
-Tələbələr arasında bu peşəyə maraq göstərənlər necə, olur?
-Ümumiyyətlə, müəyyən faiz tələbə var ki, onlarda yeni material öyrənmək, işinə peşəkar yanaşmaq istəyi olur. Bu, elə də böyük rəqəm deyil. Yəni, nailiyyət birdən-birə əldə olunmur. Bunun üçün gecə-gündüz çalışmaq lazımdır. Tələbələr arasında bu elmə maraq duyanlar da az deyil. Onlar suallar verirlər. Mən o 
Ların gözünün içinə baxıram. Öyrənmək istədiklərini anlayıram. Ümumiyyətlə, hər il yüzə yaxın, hətta 120-140 tələbəyə dərs deyirəm. Hər qrupda 25 nəfər olur. Onlar arasında gələcəyə ümidlərimi doğruldacaq tələbələr var.
-Başqa, hansı maraqlarınız var?
-Bilirsiniz, mən həm də pianoçuyam. Bayramlarda, görüşlərdə, universitetlərdə keçirilən böyük yığıncaqlarda həmkarlarıma, geniş auditoriyaya sevinc bəxş etmək üçün həmişə bacarıqlarımdan istifadə etməyə çalışmışam. Uşaqlıqdan oxuyuram, musiqi məktəbini bitirmişəm. Ancaq tale elə gətirdi ki, riyaziyyatçı oldum. Bununla belə, qonaq gələndə, məclislərdə və sair. musiqi ifa edirəm. Ümumiyyətlə, orta məktəbi bitirəndə insan seçim arasında qalır. Mən də o vaxt universitetin riyaziyyat-mexanika fakültəsinə daxil olmuşdum. Təbii ki, yaxşı riyaziyyatçı və mütəxəssis olmaq üçün çox çalışmaq, oxumaq lazım idi. Ona görə də, bu yolu seçdim. Sonra mən aspirantura təhsili aldım. Dərs deməyə başladım. Nəhayət məlum oldu ki, mən riyaziyyatçı olmaq istəyirəm. Və özümü tamamilə elmə həsr etməli oldum. 
-Maraqlı müsahibə üçün sizə təşəkkür edirəm və yeni elmi nailiyyətlər arzulayıram.
Fidan SALMANOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 İyun 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri