Icma.az
close
up
RU
Heydər Əliyev 94 də, İlham Əliyev 2025 də Məşhur taktika təkrarlanır

Heydər Əliyev 94 də, İlham Əliyev 2025 də Məşhur taktika təkrarlanır

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Vaşinqton görüşündə Zəngəzur dəhlizinin açılmasına dair razılığın əldə edilməsi yeni müzakirələrə səbəb olub. Bu dəhliz həm də Orta Asiya, Cənubi Qafqaz və Avropa arasında ticarət və nəqliyyat şəbəkəsinin yenidən qurulması anlamına gəlir. Bildirilir ki, Zəngəzur dəhlizi Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə üst-üstə düşən, həmçinin Böyük Britaniyanın Avrasiyada uzunmüddətli maraqlarına toxunan bir layihə kimi qiymətləndirilir.

Belə geosiyasi təşəbbüsün ətrafında geniş müzakirələr, siyasi bəyanatlar və diplomatik reaksiya dalğaları fonunda Pekin və Londonun nümayiş etdirdiyi səssizlik diqqət çəkir.

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, hazırda dünyada ticarət və tarif müharibələri ən aktiv fazadadır:

“Dəhlizlər, yeni enerji-logistika marşrutları və tariflər bu mübarizədə ən vacib elementlərdir. Kim dəhlizlərə, marşrutlara nəzarət edirsə, qarşılıqlı addımların atılmasına baxmayaraq əlavə tariflər tətbiq edə bilirsə, o da üstün təsir gücünə malikdir.

Günümüzdə dünyanın bir nömrəli gücü olan ABŞ-ın iqtisadi maraqlarını ən çox təhdid edən Çindir. Odur ki, ABŞ Çin əleyhinə gedişlərini artırır.

Çinin Atlantik–Sakit okean və Şimali–Cənubi Amerika arasındakı strateji keçid – Panama kanalında 99 illik icarə müqavilələri ilə müvafiq hüquqlara sahib olması ABŞ və NATO-nu qıcıqlandırır. Elə buna görə də Tramp hakimiyyətə gələndən dərhal sonra Panamanı işğal edəcəyi ilə təhdid etmişdi.

8 avqust tarixində Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın sülh bəyanatı (üçtərəfli bəyanat) ilə elan olunan, ABŞ-ın “Tramp Yolu” adı ilə Avropa və Asiya arasında keçidin ən strateji və çatışmayan parçası – Zəngəzur dəhlizində 99 illik müvafiq hüquqlara sahib olması təbii olaraq, sadəcə Rusiya və İran deyil, eyni zamanda Çin tərəfindən də narahatlıqla qarşılanır.

Şəhla Cəlilzadə

Çinin bu məsələyə dair rəsmi mövqe bildirməməsi “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində qurulan Şərq–Qərb dəhlizində əsas rəqibinin – ABŞ-ın təsir gücünə sahib olma ehtimalına dair strateji hesablamalar aparması ilə əlaqədar ola bilər.

Burada həmçinin ABŞ–Çin razılaşması da (qlobal bazarlıq) gözləmə mövqeyinə yol açmış ola bilər. Necə ki, ABŞ Rusiya ilə Ukrayna üzərindən qlobal bazarlıq apardı, Çinlə də ticarət tarifləri üzərindən razılığa gəlinə bilər. Belə ki, 12 avqust tarixində 90 günlük “tariflərin təxirə salınması” müddəti başa çatır. Ya ABŞ-ın Çinə qarşı ticarət tarifləri daha öncə elan olunan 145%-lik pik səviyyəyə qaldırılacaq, ya da razılaşma əldə olunacaq”.

Siyasi şərhçi qeyd edib ki, Tramp müxtəlif regionlarda, o cümlədən Zəngəzur dəhlizində üstünlük qazanmaqla qlobal mübarizədə öz təsir gücünü artırmağa çalışır:

“Lakin Azərbaycan hər zaman münaqişə tərəfləri arasında barışdırıcı mövqe tutub və Zəngəzur dəhlizi də bu anlamda məhz qlobal anlaşmaya xidmət etməlidir. Odur ki, bu dəhlizin sadəcə Azərbaycan və Ermənistan arasında deyil, həm də dünyanın mübarizə aparan iki qütbü arasında sülhə, regional və qlobal rifaha xidmət etməsi arzuolunandır. Bu mənada Zəngəzur dəhlizində inşaat (dəmir yolu, quru yolu, enerji xətləri və s. infrastruktur) üçün yaradılacaq konsorsiumda yalnız Qərb (ABŞ) deyil, eyni zamanda Çinli şirkətlərin də yer alması qlobal sülh məqsədinə xidmət etmiş ola bilər.

Necə ki, vaxtilə “Əsrin müqaviləsi” imzalanarkən layihəyə qarşı çıxan və ciddi maneələr yaradan tərəfləri konsorsiuma daxil edən Ümummilli Lider gələcəyə baxışla o günün siyasətini müəyyən etmişdi, eləcə də mahir geosiyasət ustası Prezident İlham Əliyevin mövcud şəraitdə xarici maraqları uzlaşdıraraq milli maraqları qoruyacağı, qlobal təlatümlərdən ölkəmizi hifz edəcəyi şübhəsizdir”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Avqust 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri