Icma.az
close
up
RU
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni təşəbbüslə çağırış etdi Fotolar

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni təşəbbüslə çağırış etdi Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində ilin ən əlamətdar bayramlarından biri – Beynəlxalq Müəllimlər Günü bu il xüsusi bir təşəbbüslə gerçəkləşib.

“Qafqazinfo” xəbər verir ki, qlobal miqyasda tanınan “Happy Hour” konsepsiyası əsasında həyata keçirilən “Happy Teachers Hour” festivalı müəllimlərin əməyi, fədakarlığı və zəhmətini qeyd etməyə həsr olunub.

Festival çərçivəsində bütün icma – şagirdlər, valideynlər, Kompleksin inzibati heyəti və həmkar şirkətlər bir araya gəliblər. Kompleksin hər bir məkanı xüsusi bədii üslubda bəzədilib. Bütün dekorasiyalar Kompleksin Art şöbəsi tərəfindən müəllimlər üçün xüsusi hazırlanaraq təqdim olunub.

Festivalın əvvəlində Kompleksin Baş İcraçı Direktoru Tural Abbasov çıxış edərək bütün müəllimləri bayram münasibətilə təbrik edib, onların təhsil prosesindəki əvəzsiz rolunu vurğulayıb.

Daha sonra tədbirdə şagirdlərin səhnə çıxışları, valideynlərin müəllimlər üçün hazırladıqları musiqili performanslar nümayiş etdirilib. Bununla yanaşı, Kompleksin nəzdində fəaliyyət göstərən musiqi məktəbi də müəllimlərə öz təbriklərini musiqili çıxışlarla çatdırıb.

Festival boyunca valideynlər, şagirdlər və icma üzvləri də təşəbbüsə fəal qoşularaq müəllimlərə öz minnətdarlıqlarını ifadə ediblər. Tədbir əsl bayram ab-havası ilə müşayiət olunub və müəllimlər üçün unudulmaz bir günə çevrilib.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi bu təşəbbüsün digər təhsil müəssisələrində də davam etməsini arzulayıb və hər kəsi cəmiyyətin ən dəyərli üzvlərindən olan müəllimlərə özəl bir saat həsr edərək onları təbrik etməyə dəvət edib.





















Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri